Serbiya klubunun baş məşqçisi oyun zamanı dünyasını dəyişdi Video
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Serbiya çempionatının 14-cü turunda keçirilən "Mladost Luçani" - "Radniçki" matçı zamanı faciə yaşanıb.
QOL.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Mladen Jijoviç oyunda dünyasını dəyişib.
Gün ərzində ürək bulanmasından şikayətlənən Jijoviç matç zamanı da özünü pis hiss edib. Daha sonra 44 yaşlı mütəxəssis qışqıraraq yıxılıb və huşunu itirib. Bu vəziyyətdən oyunçular da narahat olublar. Görüş 41-ci dəqiqədə yarımçıq qalıb.
Baş məşqçi isə huşunu itirdikdən təxminən 20 dəqiqə sonra dünyasını dəyişib.
Bildirilib ki, onun ürəyi dayanıb. Xəstəxanaya aparılan mütəxəssisə müdaxilələr edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün rəsmi səbəbi isə hələ açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















