Matuil Haq Xalis: İqlim dəyişikliyinin fəsadlarını hiss edən ölkələrdən biri Əfqanıstandır
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Azərbaycan son dərəcə önəmli və həyati bir tədbirə ev sahibliyi edir".
Bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycanda səfərdə olan Əfqanıstan nümayəndə heyətinin rəhbəri Matuil Haq Xalis deyib.
O bildirib ki, Əfqanıstan ən azı son üç COP tədbirində iştirak etməyib:
"Bakıda keçirilən tədbirdə iştirak etmək Əfqanıstan icmasının səsini bütün dünyaya çatdırmağımıza şərait yaradacaq. Çünki iqlim dəyişikliyinin fəsadlarını ən çox hiss edən ölkələrdən biri də elə məhz Əfqanıstandır. Əfqanıstan xalqı daşqınlar, qasırğalar, quraqlıqlar kimi iqlimlə əlaqəli problemlərin səbəb olduğu bu cür təbii fəlakətlərlə tez-tez üzləşir. Buna görə də biz Azərbaycanın ev sahibliyi etdiyi bu tədbirin mahiyyətini daha yaxşı şəkildə anlaya bilirik".
Ətraflı Baku TV-nin süjetində:
Matuil Haq Xalis: "İqlim dəyişikliyinin fəsadlarını hiss edən ölkələrdən biri Əfqanıstandır"
Matuil Haq Xalis: "İqlim dəyişikliyinin fəsadlarını hiss edən ölkələrdən biri Əfqanıstandır"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Noyabr 2024 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















