Matviyenko Azərbaycana gəlir
Icma.az, Reyting.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Matviyenko Azərbaycana gəlir.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfər dəvətini qəbul edib.
Bu barədə Şuranın mətbuat xidməti məlumat yayıb.
"Sahibə Qafarova Valentina Matviyenkonu Azərbaycana rəsmi səfərə dəvət edib. Federasiya Şurasının sədri dəvəti qəbul edib. Səfərin dəqiq tarixi razılaşdırılacaq", - məlumatda qeyd olunub.
Bildirilib ki, MDB Parlamentlərarası Assambleyası çərçivəsində keçirilən görüş zamanı V.Matviyenko və S.Qafarova parlament əlaqələrini aktivləşdirmək barədə razılığa gəliblər.
Bundan əlavə, ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən parlament xətti üzrə, həmçinin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət müzakirə olunub.
![see](https://icma.az/template/assets/label.png)
Valentina Matviyenko Azərbaycana gələcək
21 Noyabr 2024 17:50
Valentina Matviyenko Azərbaycana rəsmi səfər edəcək
21 Noyabr 2024 16:38
525ci qəzet Valentina Matviyenko Azərbaycana rəsmi səfər edəcək
21 Noyabr 2024 16:52
Matviyenko Bakıya gələcək
21 Noyabr 2024 19:12
Valentina Matviyenko Azərbaycana rəsmi səfər edəcək AzPolitika onlayn siyasiictimai qəzet
21 Noyabr 2024 16:46
![see](https://icma.az/template/assets/see.png)