Icma.az
close
up
RU
May ayında üzüm bağlarında görülməli işlər fermerlərə tövsiyə

May ayında üzüm bağlarında görülməli işlər fermerlərə tövsiyə

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 5 may, AZƏRTAC

May ayı üzümçülükdə ən məsuliyyətli dövrlərdən biri hesab olunur. Bu dövrdə görülən aqrotexniki tədbirlər gələcək məhsuldarlığın əsasını təşkil edir. Mütəxəssislər bildirirlər ki, yazın əvvəlindən başlanmış işlərin vaxtında və düzgün davam etdirilməsi məhsulun keyfiyyətinə birbaşa təsir göstərir.

Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, aprel ayında başlanmış işlər mayda tamamlanmalı, üzümlüklərdə torpaq becərilməsi davam etdirilməlidir. Xüsusilə, cərgələrarası torpağın yumşaldılması, alaq otlarının məhv edilməsi və torpağın havalandırılması vacibdir. Bununla yanaşı, üzümlüklərə gübrə verilməsi və zərərvericilərə qarşı profilaktik tədbirlərin görülməsi də davam etdirilir.

May ayında əsas diqqət yaşıl əməliyyatlara yönəldilir. Tənəklərin ətrafında və gövdəsində əmələ gələn əlavə zoğlar 3–5 santimetr uzunluğa çatdıqda qoparılmalıdır. Bu, bitkinin qida maddələrini daha səmərəli istifadə etməsinə imkan yaradır. Təxminən 10 gün sonra ikinci dəfə qoparma aparılaraq artıq və zəif zoğlar təmizlənir.

“Çiçəkləmə dövrünə yaxınlaşdıqca məhsuldarlığın artırılması üçün əlavə tədbirlər görülür. Çiçəklərin tökülməsinin qarşısını almaq məqsədilə zoğların uclarının qoparılması tövsiyə olunur. Eyni zamanda salxımlarda seyrəltmə aparılaraq daha keyfiyyətli və iri gilələrin formalaşmasına şərait yaradılır. Bitkilərin sağlamlığının qorunması da may ayında prioritet məsələlərdəndir. “Mildiyo” kimi xəstəliklərə qarşı bordo mayesi və ya digər müasir preparatlarla çiləmə aparılmalıdır. İlk çiləmə zoğlarda 4–5 yarpaq əmələ gələndə həyata keçirilməsi daha effektiv hesab olunur. Zərərvericilərə qarşı isə uyğun dərman preparatlarından istifadə edilməli, suvarma ilə birlikdə kompleks mübarizə tədbirləri görülməlidir,” – deyə mütəxəssis bildirib.

Eyni zamanda, yaz aylarında şaxta riski olan ərazilərdə fermerlər ehtiyat tədbirləri görməlidirlər. Belə hallarda tüstüləmə üsulundan istifadə edilərək bitkilər qorunur. Üzümlüklərin suvarılması isə torpaq və iqlim şəraitindən asılı olaraq mütəmadi davam etdirilməlidir.

Xəstəliklərə qarşı mübarizədə zədələnmiş tənəklərin vaxtında təmizlənməsi və dezinfeksiya olunması mühüm əhəmiyyət daşıyır. Bakterial xəstəliklər zamanı zədələnmiş hissələr kəsilərək xüsusi məhlullarla işlənməlidir.

“Bir sözlə, may ayında üzüm bağlarında aparılan düzgün və vaxtında aqrotexniki tədbirlər yüksək və keyfiyyətli məhsulun əldə olunmasının əsas şərtidir. Fermerlərə tövsiyə olunur ki, bu dövrdə bağlara xüsusi diqqət ayırsın, hər bir əməliyyatı aqronomik qaydalara uyğun şəkildə həyata keçirsinlər”, - deyə Sevil Abduləliyeva əlavə edib.

Müxbir - Elcan Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri