May “Ulduz”u işıq üzü gördü
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Ulduz” jurnalının may sayı çapdan çıxıb.
525.az xəbər verir ki, nömrə Ay Bəniz Əliyarın özüylə söhbəti və şeirləri ilə açılır.
“Nəsr” bölümü İlqar Rəsulun “Hava limanı”, “Mamam”, Sabir Etibarlının “Gəlmə”, Orxan İsmayılovun “İlk əməliyyat”, Tural Turanın “Anamın vəsiyyəti”, Ülkər Yusifovanın “Çəhrayı xatirə”, “Yuxusuzluq”, Fidan Vahidin “Əyri kölgə”, Nadir Qocabəylinin “İydə ağacı” hekayələrini təqdim edir.
“Şeir vaxtı”nda Tural Cəfərli, Sevinc Qərib, Aynur Haqverdi, Zöhrab Mehdi, Firəngiz Sabirqızı, Elsevər Məsim və Reyhan Kənanın şeirləri yer alır.
Qulu Ağsəsin “Qəza törədən “Təcili yardım” essesi də may sayının maraqlı yazılarındandır.
Elxan Yurdoğlu Naxçıvan ədəbi mühitindən üç xanımın – Aytəkin Səfərəliyeva, Qəmər Sözay və Leyla Səfərovanın yaradıcılığından nümunələri təqdim edir.
“Tribuna”da “Mümtaz ömrünün dolanbacları” yazısı ilə filologiya elmləri doktoru, professor Asif Rüstəmli, “Rus gəmisində intihar”: seçim, vicdan və susmamaq “ yazısı ilə İlham Tahirovdur.
AYB-nin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlunun təqdimatında Selcanın “Çapıq” hekayəsi oxucuların ixtiyarına verilib.
“Debüt”də yeni şeirləri ilə Hacıbala Mahmudovdur.
“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” 6-cı yazısını təqdim edir.
“Dərgidə sərgi”də rəsm əsərləri ilə Günəş Kərimdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 May 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















