YAYIN “ULDUZ”U İŞIQ ÜZÜ GÖRDÜ
Adelet.az saytına istinadən Icma.az xəbər verir.
“Ulduz”un iyul-avqust sayı işıq üzü görüb. Qulu Ağsəs “Bircə kəlmə: Hicran”, TəranəVahid “Yaşıl elegiya” yazıları ilə jurnalın mərhum şöbə redaktoru, yazıçı-publisist Hicran Hüseynovanı yad edirlər.
Adalet.az xəbər verir ki, “Şeir vaxtı”nda Həmid Herisçi, Seyyidəli Sübhi, Cavid Fərzəli, Zaman Piriyev, Şəfəq Sahibli və Zaur Ərmuğandır.
“Nəsr” Nemət Mətinin “Zəlzələ”, Əli Bağışın “Dörd tabut”, Əli bəy Azərinin “Messi”, Sadiq Qarayevin “Çalası” hekayələrini təqdim edir.
Oxucular “Tərcümə saatı”nda çeçen yazıçısı Səid-Həsən Katsayevin “Qaranlıqda” hekayəsini Seyfəddin Hüseynlinin tərcüməsində oxuya bilərlər.
“Beş əsrdir yaşayan dahi: Şekspir haqqında bilinməyən 15 fakt”ı gənc ingilis ədəbiyyatı mütəxəssisi Alsu araşdırıb.
“Ədəbi fraqmentlər”də “Şəhidlər – Qəhrəmanlar” yazısı ilə Vaqif Yusiflidir.
İlahə Səfərzadənin “Məti Osmanoğluyla tamamlanmamış söhbət”i, Anar Seyidağanın, İbrahim Yusifoğlunun, Qəhrəman Kamiloğlunun şeirləri, Qalib Arifin hekayəsi də bu nömrənin oxunaqlı yazılarındandır.
“Dərgidə kitab” Hafiz Ataxanlının “Varlıq və yoxluq” fantasmaqorik povestini təqdim edir.
“Dərgidə sərgi”də rəsm əsərləri ilə Məryəm Məmmədzadədir.
Baxış sayı:92
Bu xəbər 18 Avqust 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















