Mayamidə ABŞ Ukrayna danışıqları bu gün də davam edəcək “Əsas rol Trampın kürəkəninə məxsusudr...”
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiven Uitkoff və Cared Kuşner ikinci gündür ki, Mayamidə Ukrayna tərəfi ilə danışıqlar aparırlar.
“Axios” nəşrinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, görüşdə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov iştirak edir. Bu barədə daha əvvəl digər KİV-lər də məlumat yaymışdı.
Mayamidəki danışıqlar Uitkoff və Kuşnerin çərşənbə axşamı Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təxminən beş saat davam edən görüşündən sonra baş tutub. Həmin görüşdən sonra Rusiya tərəfi kompromisin əldə olunmadığını açıqlamışdı.
“Axios”-un məlumatına görə, Kiyev və Moskvanın rəsmi mövqelərinin ziddiyyətli görünməsinə baxmayaraq, ABŞ nümayəndələri ən çətin məsələ - ərazi məsələsi də daxil olmaqla kompromis əldə olunacağına hələ də ümid edirlər.
Nəşrin mənbəsi bildirib ki, Uitkoff və Kuşner Ukrayna nümayəndə heyətini Putinlə görüşün detallarından və tərəfləri yaxınlaşdırmağa kömək edə biləcək ideyalardan ətraflı məlumatlandırıblar. Cümə axşamı keçirilən iki saatlıq görüş ABŞ tərəfindən “pozitiv” kimi qiymətləndirilib. Danışıqlar cümə günü də davam etdirilib və şənbə günü yenidən keçiriləcəyi gözlənilir.
Donald Tramp da cümə günü çıxışında Rusiya və Ukrayna arasında yaxın vaxtlarda sülh razılaşmasının mümkünlüyünə ümid etdiyini deyib.
Putinin köməkçisi Yuri Uşakov isə VQTRK-yə müsahibəsində Moskvadakı görüşün “konstruktiv və dostluq atmosferində” keçdiyini bildirib. Onun sözlərinə görə, “Putin və Uitkoff bir-birini yarım kəlmədən anlayırlar”. Uşakov həmçinin qeyd edib ki, əgər sülh planında əlavə dəyişikliklər edilərsə, bu prosesdə əsas rolu Uitkoff deyil, Donald Trampın yeznəsi Cared Kuşner oynayacaq: “Çox güman ki, qələmi əsasən cənab Kuşner işlədəcək”, – deyə o bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 06 Dekabr 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















