Ukrayna nümayəndə heyəti Mayamidə ABŞ ilə danışıqları vaxtından əvvəl başa çatdırıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna nümayəndə heyəti ABŞ və Avropa rəsmiləri ilə Mayamidə keçirilən danışıqları planlaşdırılandan əvvəl başa çatdırıb.
Bu barədə “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ, Ukrayna, Avropa ölkələri və NATO nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərin iki gün davam etməsi planlaşdırılsa da, danışıqlar oktyabrın 9-da başa çatıb. Bildirilir ki, bu barədə qərar Trampın Putinlə dizel yanacağına dair razılaşmasıdan sonra qəbul edilib.
Danışıqlarda ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner, eləcə də Ukrayna və Avropa nümayəndələri iştirak ediblər. Görüşlərdə müharibənin dayandırılması yolları, Ukraynanın enerji təhlükəsizliyi, taxıl ixracı, təhlükəsizlik təminatları və müharibədən sonrakı bərpa məsələləri müzakirə olunub.
ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff danışıqları konstruktiv adlandıraraq, müzakirələrin Vaşinqtonun Rusiya ilə növbəti təmaslarına hazırlıq baxımından müəyyən istiqamətləri üzə çıxardığını bildirib.
Danışıqlar ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiya dizel yanacağının tədarükünə dair razılaşma əldə edildiyini açıqladığı vaxta təsadüf edib. Ukrayna Prezidenti Volodimir Zelenski bu addımı tənqid edib və Ukrayna nümayəndə heyətinin ABŞ ilə görüşləri zamanı belə bir razılaşmanın müzakirə olunduğundan xəbərsiz olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Oktyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















