Icma.az
close
up
RU
Mayda Bakıda iki kritik görüşlə bağlı detallar Böyük güclərin Azərbaycan anlaşması

Mayda Bakıda iki kritik görüşlə bağlı detallar Böyük güclərin Azərbaycan anlaşması

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bir neçə gündür İran Prezidenti Məsud Pezeşkianla yanaşı İsrailin Baş naziri Benyamin Netanyahunun da Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatlar yayılır. Bu fəallıq Cənubi Qafqazda maraqlı bir geosiyasi dinamikanın formalaşdığını göstərir. Diqqətçəkən məqamlardan biri də görüşlər çərçivəsində hansı məsələlərin müzakirə olunacağıdır.

Digər tərəfdən bəzi ekspertlər Netenyahunun Bakıya gəlməsini İranın Azərbaycanla bağlı münasibətləri düzəltmək cəhdinə İsrailin həmləsi kimi dəyərləndirirlər.

Bu realdırmı?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İran prezidentinin Azərbaycana səfəri çox mühüm bir dövrə təsadüf edir:

“Beynəlxalq səviyyədə ciddi proseslər baş verir və bu şəraitdə Azərbaycanla İran arasındakı münasibətlər də diqqət mərkəzindədir. Son illərdə bu münasibətlər zaman-zaman gərginləşib, zaman-zaman isə yumşalma mərhələlərini yaşayıb.

Pezeşkian hakimiyyətə gəldikdən sonra qonşu ölkələrlə münasibətlərin normallaşdırılması ilə bağlı verdiyi bəyanatlardan görünür ki, İran xarici siyasətinə müəyyən korrektələr baş tutur. Qeyd olunmalıdır ki, Pezeşkianı bu səfərdə 120-yə yaxın rəsmi şəxs və iş adamı müşayiət edəcək. Bu da İranın səfərə verdiyi yüksək önəmin bariz nümunəsidir.

Son günlərdə İsrail mediasında səsləndirilən bəzi iddialar fonunda, İsrail Baş naziri Netanyahunun da Azərbaycana səfəri baş tutarsa, bu da mühüm bir hadisə olacaq. İran Azərbaycanın cənub qonşusudur və ölkəmizlə uzun sərhədlərə malikdir. Həmçinin İran ərazisində soydaşlarımız yaşayır. Bizimlə tarixi, mədəni və dini bağlılıqları var”.

Politoloqun sözlərinə görə, Azərbaycan ilə İsrail arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr yüksələn xətlə inkişaf edir:

“Münasibətlərimiz çoxşaxəlidir və bir-birini tamamlayan maraqlara əsaslanır. Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin normallaşması prosesində də fəal iştirak edir. Son zamanlar Bakıda İsrail və Türkiyə rəsmilərinin görüşləri bu əməkdaşlığın daha da dərinləşdiyini göstərir.

İsrail Baş nazirinin səfərini İran-Azərbaycan münasibətlərinə qarşı yönəlmiş addım olduğunu düşünmürəm. Çünki həm İsrail, həm də digər tərəfdaş ölkələr Azərbaycanın xarici siyasət prioritetlərini yaxşı başa düşür və Azərbaycanın etibarlı tərəfdaş olduğunu qəbul edirlər.

Oqtay Qasımov

Azərbaycan uzun illərdir ki, öz ərazisindən digər ölkələrə qarşı hərbi və ya siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə imkan verməyib. Lakin bu, Azərbaycanın öz milli maraqlarını müdafiə etməsi və eyni zamanda digər ölkələrin maraqlarına da hörmətlə yanaşması prinsipini dəyişmir.

İsrail Baş nazirinin Azərbaycana səfəri, əksinə, iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir edəcək. Bu, Azərbaycan ilə İsrail arasındakı etimada əsaslanan əməkdaşlığın davamlı və sabit xarakter daşıdığını bir daha sübut edir.

Bundan sonrakı dövrdə İsrail Baş nazirinin Azərbaycana səfəri münasibətlərin dinamikasına müsbət təsir göstərəcək. Xatırladaq ki, bundan əvvəl də İsrailin Baş naziri Azərbaycana rəsmi səfər etmişdi. Bu cür səfərlər iki ölkə arasında gələcək əməkdaşlıq perspektivləri baxımından olduqca əhəmiyyətlidir.

Qeyd etdiyimiz kimi, İsrail də Azərbaycanın regional əhəmiyyətini və strateji mövqeyini yaxşı anlayır. Bu önəmin getdikcə daha çox dərk olunması Azərbaycanı regionda mühüm vasitəçi və əlaqələndirici aktora çevirir.

Məsələn, Azərbaycan vasitəsilə İsrail-Türkiyə münasibətlərinin normallaşmasında müsbət rol oynamaq mümkündür. Eyni zamanda Azərbaycanın Suriyanın yenidən qurulması prosesində aktiv iştirakı və bu sahədə müəyyən təsir imkanlarına malik olması da İsrail üçün yeni strateji imkanlar deməkdir”.

Oqtay Qasımov vurğulayıb ki, bu səfər çərçivəsində, İranla bağlı məsələlər də müzakirə oluna bilər:

“Azərbaycan həm İsrail-İran münasibətlərinin normallaşmasında, həm də regionda sabitliyə töhfə verəcək təşəbbüslərdə özünün konkret təkliflərini və diplomatik təcrübəsini təqdim edə bilər.

Azərbaycanın bu sahədə artıq müəyyən təcrübəsi var və bir sıra hallarda hüquqi və diplomatik vasitəçi kimi çıxış etməsi də mümkündür. Bu baxımdan, qarşıdan gələn səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından strateji əhəmiyyət daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Aprel 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri