Icma.az
close
up
RU
Zəngəzur kritik nöqtəyə çevrilir Böyük güclərin rəqabəti qızışır

Zəngəzur kritik nöqtəyə çevrilir Böyük güclərin rəqabəti qızışır

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zəngəzur məsələsi geosiyasi bölünmənin bariz nümunəsidir. Xəritəyə nəzər salanda, Ermənistanın Anadoludan Çinə qədər uzanan türk bölgəsini kritik bir nöqtədə bölməklə, davamlılığa əngəl rolunu oynadığı məlum olur”.

Bu sözləri İnönü Universiteti Strateji Araşdırmalar Mərkəzinin direktoru prof. Fikret Birdişli Globalinfo.az-a açıqlamasında bildirib:

“Bu kontekstdə Zəngəzur dəhlizi bu parçalanmanı lokal olaraq qıran bir halqa kimi böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, TRACECA, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR və ya Orta Dəhliz) kimi təşəbbüsləri nəzərə alsaq, bu dəhliz həm də Avropa-Asiya ticarətində əlaqə yaratmaqla əhəmiyyətli potensiala malikdir”.

F.Birdişli qeyd edib ki, bu dəhliz Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməklə regional sülhü dəstəkləyəcək:

“İndiyədək bu potensial Rusiyanın Ermənistana və regiona təsiri ucbatından boğulub. ABŞ-ın bu dəhlizin təmin olunmasında və regionda möhkəmlənməsində iştirakı Zəngəzuru böyük güclərin rəqabəti baxımından daha kritik bir nöqtəyə gətirəcək. A

Fikret Birdişli

BŞ-ın bölgədəki mövcudluğu bəzi dairələr, xüsusən də Rusiya tərəfindən tənqid edilsə də, etiraf etmək lazımdır ki, bu dəhlizin funksional hala gətirilməsinin təcili həlli “təhlükəli xətti” keçib. Bu məqamda Azərbaycan və Ermənistan liderlərinin atdığı bu cəsarətli addımlar geosiyasi reallığın düzgün dərk edilməsinin nəticəsidir”.

Xatırladaq ki, avqustun 22-də Türkiyənin şərqindəki İğdır vilayətində Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi) tikintisinə başlanması mərasimi keçirilib.

Qeyd edək ki, Türkiyə hökuməti Naxçıvanla sərhədə qədər 224 kilometrlik dəmir yolu layihəsinə 2,4 milyard avro məbləğində xarici maliyyə cəlb edib. Yeni yol 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq üçün nəzərdə tutulub. Yolboyu beş tunel, 10 körpü və s. tikintisi planlaşdırılır.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Avqust 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see280

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see175

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see170

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see170

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see137

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see133

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see127

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see122

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri