Icma.az
close
up
RU
Mayda niyə toy etmirlər? Araşdırma

Mayda niyə toy etmirlər? Araşdırma

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda aprelin sonu yaxınlaşanda toylardan şikayət edən insanların dilində eyni cümlə əzbər olur: "May gəldi, canımız qurtardı". Xalqımızın həm gileylənib, həm də əl çəkə bilmədiyi toy mərasimləri bu ayda qəfil dayanır. İnsanlar may ayını bərəkətsiz, uğursuz və ya "ağır" ay hesab edərək şadlıqlarını təxirə salırlar.
Bəs bu qadağa haradan qaynaqlanır?.
May ayında toy keçirməmək ənənəsinin kökləri həm qlobal tarixdə, həm də yerli batil inanclarda gizlənib. Qədim Romada may ayı ölənlərin xatirəsinə həsr olunan "Lemuriya" tədbirləri ilə keçirdi. Bu müddətdə bütün məbədlər bağlandığı və kəbin kəsilməsi məhz məbədlərdə baş tutduğu üçün toylar qeyri-mümkün olurdu.
Yerli inanclarımızda isə bu qadağa daha çox yasəmən gülü ilə əlaqələndirilir. Bəzi fikirlərə görə, yasəmən sözü "ya sən, ya mən" ifadəsini xatırlatdığı üçün bu ayda qurulan ailələrin bədbəxt olacağı düşünülür. Eyni zamanda təbiətin bol yağışlı dövrü olduğu üçün may ayı təbiətin ağlayan vaxtı kimi xarakterizə edilir və toy üçün uyğun sayılmır.
Yaşlı nəslin nümayəndələri və bəzi tədqiqatçılar bu ənənənin Azərbaycana gəlişini daha çox rus və erməni təsiri ilə bağlayırlar. Ermənilər aprelin 24-dən mayın sonuna qədər olan dövrü qondarma soyqırım iddiaları ilə bağlı 40 günlük yas müddəti kimi qəbul edirlər. Uzun illər Bakıda yaşayan ermənilərin bu matəm ənənəsi yerli əhali arasında hiss edilmədən vərdişə çevrilib.
Digər tərəfdən, rus dilindəki "mayatsya" (əziyyət çəkmək) sözü ilə may ayının adı arasındakı bənzərlik ruslarda "mayda evlənən ömür boyu əziyyət çəkər" mifini yaradıb. Maraqlıdır ki, son araşdırmalar rusların artıq bu mifi qırdığını və mayda çoxsaylı toylar etdiyini göstərir.
Dini baxımdan yanaşdıqda, hər hansı ayın digərindən daha "nəhs" və ya uğursuz olması anlayışı yoxdur. İslam dinində yalnız günah işlərin görüldüyü günlər ağır hesab edilə bilər. Bir ayı o birindən aşağı tutmaq cahillik kimi qiymətləndirilir.
Astroloqlar da bu ayın toy üçün heç bir qlobal qadağasının olmadığını təsdiqləyirlər. Əksinə, tibbi baxımdan may ayı ginekologiyada cinsi aktivliyin və enerjinin ən yüksək olduğu dövrlərdən biri kimi qeyd edilir. Həkimlər toy üçün əsl təhlükəli dövrün may deyil, həddindən artıq isti havaların hökm sürdüyü iyul və avqust ayları olduğunu bildirirlər.
Qeyd edək ki, son bir-iki ildə Azərbaycandakı şadlıq saraylarında mənzərə müsbətə doğru dəyişməkdədir. Artıq gənclər may ayının yaşıl təbiətindən və mülayim havasından yararlanmağa başlayıblar. Qonşu Türkiyədə isə may ayı açıq havada keçirilən "kır düyünləri" üçün ən çox seçilən və əyləncəli dövr hesab olunur. Görünən odur ki, xalqımız batil inancların yox, təbiətin oyanışının gətirdiyi gözəlliklərin tərəfinə keçməyə başlayıb.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri