Icma.az
close
up
RU
Mayda niyə toy olmur? ARAŞDIRMA

Mayda niyə toy olmur? ARAŞDIRMA

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“May ayında toy etməzlər” ifadəsi Azərbaycan xalqının inanclarında dərin köklərə malikdir. Bu fikir nəsildən-nəslə ötürülərək bir növ yazılmamış qanun halına gəlib.

Çoxları may ayını toy və şənliklər üçün uğursuz sayır, bu ayda nikah bağlamağın uzunömürlü olmayacağına, ailə səadətinə xələl gətirəcəyinə inanır.

Ağaverdi Xəlilov: Bizim milli ənənəmizdə heç bir gün və heç bir ay nəhs, uğursuz deyil

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan AMEA Folklor İnstitutunun şöbə müdiri, filoloq və tədqiqatçı Ağaverdi Xəlilov bildirib ki, Azərbaycan milli adətlərinə görə toy mərasimləri həmişə payız aylarında keçirilib. Sentyabr, oktyabr və noyabr ayları toy mərasimlərinin ən çox keçirildiyi aylar kimi ənənədə öz yerini tutub. Milli ənnənə tarixi-mədəni təcrübəyə əsaslanır:

"İnsanların təsərrüfat həyatı, məhsul yığımı, iqlim şəraiti toy mərasimlərinin vaxtımın müəyyənləşməsinə öz təsirini göstərib.  Digər xalqların ənənəsində mayın toy mərasimi üçün uyğun ay olmamasının həmin xalqların dünyagörüşü və inancları ilə əlaqəsi var. Bizim ənənəmizdə heç bir ay uğursuz ay sayılmır”.

Müsahibimiz qeyd edib ki, islami dəyərlərə görə Məhərrəm ayı şənlik, o cümlədən toy mərasimləri üçün tövsiyə edilmir. Bu ayda baş verən hadisələr şənlik məclislərunin ruhu ilə ziddiyyət təşkil edir. Dəyərlərimizə hörmət əlaməti olaraq bu ayda toy mərasimləri təxirə salınır. Hicri-qəməri təqvimi dəyişkən olduğu üçün içində daşıdığı islami kədərli hadisələr müxtəlif aylara, o cümlədən may ayına təsadüf edəndə də şənlik mərasimləri keçirilməyib".

Tədqiqatçı qeyd edib ki, toy mərasimlərinin keçirilməsində zaman seçiminin ənənədə sabitləşməsi baxımından bir neçə faktor ciddi təsir göstərib:

"Bunlardan biri təbiətlə, iqlim şərtləri ilə bağlıdır. Yaz ayları içlim şərtləri baxımından çox yağıntılı olduğu üçün açıq şəraraitdə keçirilən ənənəvi toy mərasimləri üçün əlverişli sayılmayıb. Digər tərəfdən, yaz ayları insanların təsərrüfat işləri ilə bağlı qayğıları çox olduğu üçün bu aylar toy mərasimləri üçün məqsədəuyğun vax hesab edilməyib. Yaz aylarında hələ əkin işləri başlanır və məhsul yığımı payıza düşür. Bu amil də yaz aylarında toy mərasimlərinin keçirilməməsi üçün ənənəyə təsir göstərib.

Payız mövsümündə isə təkcə Məhərrəm və səfər ayları toy və digər şənliklərin keçirilməsində təxirə salma zərurəti yaradır. İnsanlar toy mərasimlərini dini və ya milli kədərli hadisələrlə eyni vaxta təsadüf etməməməsinə səy göstəriblər. Bütün bunlar yaz aylarında toy mərasimlərinin keçirilməməsi ənənəsi formalaşdırıb".

"Bizim milli ənənəmizdə heç bir gün və heç bir ay nəhs, uğursuz deyil. Uğursuz vaxt mifoloji görüşlərdən qaynaqlanır və uğursuzluğun baş verməməsi üçün ənənəvi tədbirlət də mövcud olub. Toy şənliklərinin təşkilinə “mifoloji uğursuz vaxt”ın təsiri real görünmür. Çünki təqvimlər mifoloji görüşlər nəticəsində formalaşmış “uğursuz vaxt” anlayışından çox sonralar yaranıb",- deyə A.Xəlilov qeyd edib.

Həmsöhbətimiz bildirib ki, may ayı təbiətin gözəl bir dövrünə düşür, havalar istiləşir, çöllər yaşıllaşır, güllər, çiçəklər açır. Belə bir vaxtda heyvandarlıqla məşğul olan əhali məhsuldarlıq bayramı olan “Xıdırəlləzi” qeyd edir. Əkinçiliklə məşğul olan əhali üçün isə may ayı işin-gücün çox olduğu bir dövrdür. Təsərrüfat həyatından asılı olaraq may ayı müxtəlif peşə qrupları üçün eyni deyil. Şübhəsiz ki, bu peşə fəaliyyəti də ənənəyə təsir göstərn amillər sırasındadır".

Ekspert vurğulayıb ki, may ayı Azərbaycan xalqı üçün bayram ayıdır:

"Bu ayda xalqımızın tarixinin parlaq səhifəsini təşkil edən ilk cümhuriyyətin qurulması kimi möhtəşəm hadisəni qeyd edirik. Respublika quruculuğu bu ayda baş verib, İstiqlal bayram bu ayda qeyd edilir. Ulu öndər Heydər Əliyev bu ayda dünyaya gəlib. Faşizm üzərində qələbə bayramını bu ayda keçiririk. Belə tarixi hadisələr may ayının mənəvi məzmunu zənginləşdirir və onu müsbət mənada fərqləndirir. Yeni dövrdə toy mərasimlərinin təşkilində müəyyən dəyişikliklər baş verməkdədir. Ənənəvi toyların yerini müasir toylar tutmağa başlayır. Belə bir meyl toyla bağlı bütün hadisələrə öz təsirini göstərir. Toyların vaxt baxımından müəyyən aylarda keçirilməsi “nəhs” və ya “uğursuz”luqla bağlı deyil, ənənədən gələn bir hadisədir. May ayında toy mərasimlərinin keçirilməsinə dini və milli-mədəni adətlər baxımından heç bir məhdudiyyət qoyulmur".

Nabat Mirzəyeva: May ayı yazdan yaya keçid dövrü olduğu üçün “boş ay” sayılır

Bu inancın kökündə dayanan psixologiyadan Bakıvaxtı.az-a bəhs edən psixoloq Nabat Mirzəyeva qeyd edib ki, may ayında insanların toy etməməsinin əsas səbəblərindən biri inanclardır. Cəmiyyət olaraq kollektiv şüurdan gələn, nəsildən-nəsilə ötürülən müəyyən inanclarımız mövcuddur. Bu inancın kökündə isə bir neçə səbəb dayanır:

"Çoxumuzun dilində bu cür fikirlər var: “Filankəs may ayında toy etdi, sonra başına min bir iş gəldi”. Keçmişdən gələn bir düşüncə formalaşıb ki, may ayı yazdan yay fəslinə keçid dövrü olduğu üçün “boş ay” hesab olunur. Bəziləri də inanır ki, may ayında evlənən cütlüklər bəxtsiz olur, xoşbəxt ailə həyatı qura bilmirlər".

Psixoloqun fikrincə, elə insanlar da var ki, bu inanclara şəxsən inanmırlar, lakin “filankəs etmirsə, biz də etməyək” düşüncəsi ilə hərəkət edirlər.

“Əslində, bu gün bir çox insan bu fikirlərə heç bir elmi və ya məntiqli sübut olmadan inanır. Necə deyərlər, sadəcə ənənəyə sadiq qalırlar. Bu inanc nəsildən və kökdən gəlib və insanlar onu bu şəkildə davam etdirirlər”, - deyə Nabat Mirzəyeva vurğulayıb.

Turan İrfan: Tək may ayı yox, heç bir gün və ayda toy qadağası yoxdur

Məsələnin dinlə heç bir əlaqəsi olmadığını bildirən ilahiyyatçı Tural İrfanın Bakıvaxtı.az-a dediyinə görə, bizdə may ayında toy etməmək kimi bir qadağa yoxdur.

"Tək may ayı yox, heç bir gün və ayda toy qadağası yoxdur. Bu düşüncə çox sonralar bir adət kimi meydana gəlib”.

T.İrfan vurğulayıb ki, may ayında baş tutan toyun uğursuz olacağı da sovet dövründə yaranan bir düşüncədir. Hər bir halda bu mövhumatdır, tamamilə uydurma bir məsələdir.

"Yaxşı olardı ki, din xadimləri bu mövzuda maarifləndirici təbliğatlar aparsınlar", - deyə Turan İrfan qeyd edib.

Yaşlı insanlar isə bildirir ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Belə ki, ruslar, eləcə də ermənilər arasında bu ayın uğursuzluğu ilə bağlı mif var. Halbuki bu miflə gerçəklik bir-birinin əksidir.

Təkcə Moskvada aparılan araşdırma zamanı aydın olub ki, ruslar may ayında digər aylarla müqayisədə daha çox ailə qurur. Ermənilərsa bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayır ki, bu da aprelin 24-dən başlayaraq mayın sonunadək davam edir.

Bakıvaxtı.az paytaxtdakı şadlıq saraylarından bəzilərinə “Bu ay sizdə toy varmı” sualıyla müraciət edib:

 “Əlbəttə, var. O əvvəllər idi, camaat mayda toy etməkdən çəkinirdi. Düzdür, azdır, amma var”.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 May 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see376

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see255

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see250

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see230

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see218

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see215

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see200

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see196

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see195

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see187

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see166

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see165

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see164

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see160

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see159

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see159

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see156

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri