Icma.az
close
up
RU
Mayın 30 u Beynəlxalq Dağınıq Skleroz Günüdür

Mayın 30 u Beynəlxalq Dağınıq Skleroz Günüdür

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Bu gün Beynəlxalq Dağınıq Skleroz Günüdür. Beynəlxalq Dağınıq Skleroz Federasiyası tərəfindən təsis olunan bu gün 2009-cu ildən qeyd edilir.

Dağınıq skleroz baş-beyni, görmə sinirlərini, onurğa beyni zədələyən xəstəlikdir və orqanizmdə müvafiq funksiyaların pozulmasına səbəb olur. Xəstəlik sinir liflərinin üzərini örtən ağ piy maddəsi mielinin yox olması - xaotik dağınıq mielinsizləşmə ocaqlarının yaranması ilə səciyyələnir.

Dağınıq skleroz, adətən, gənc yaşlarda başlanır. Lakin 15 yaşdan 60 yaşa qədər istənilən dövrdə onunla rastlaşmaq mümkündür. Qadınlar kişilərə nisbətən xəstəliyə daha çox meyillidir. Ən yüksək xəstələnmə faizi mülayim iqlimdə yaşayan ağ irqə mənsub olanlar arasında müşahidə edilir. Xəstəlik irsən keçmir. Dağınıq skleroz tam əlilliyə səbəb olan travmalar və revmatoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.

Dünyada 1935-ci ilə qədər bu xəstəlik haqqında heç bir məlumat olmayıb. Onun əlamətlərini ilk dəfə fransız həkimi J.Kryuvele təsvir edib. İki il sonra Böyük Britaniyada R.Karsvell də onun haqqında müşahidələrini ifadə edib. XIX əsrin ortalarına doğru xəstəlik barəsində artıq xeyli məlumat var idi. 1868-ci ildə fransız nevroloq J.Şarko dağınıq sklerozun patomorfoloji əlamətlərini toplayaraq xəstəliyin diaqnostik meyarlarını hazırlayıb.

Azərbaycanda dağınıq skleroz səhiyyənin aktual məsələlərindən biridir. 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət tibb müəssisələrində müayinə və müalicənin, xəstələrin inyeksiya vasitələri və dərman preparatları, o cümlədən daha səmərəli preparatlarla təminatının yaxşılaşdırılması üçün lazımi şərait yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri