Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

Dağınıq skleroz: dünyada 3 milyona yaxın...

Dağınıq skleroz: dünyada 3 milyona yaxın...

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Əslində əvvəllər daha çox 20-40 yaş ətrafında rastlanan bu xəstəliyin indi yaşı da çox aşağı düşüb. MS xəstəliyi olan azyaşlı uşaqlarla bağlı yardım kampaniyaları tez-tez qarşımıza çıxır, ya televiziya kanallarında, ya da sosial şəbəkələrdə qarşılaşırıq. Əksəriyyəti məktəb yaşlarında olan bu körpələrdə aşkarlanan xəstəliyin bütöv adı “Multipl Skleroz”– mərkəzi sinir sisteminin, beyin və onurğa beyninin xroniki, autoimmun xəstəliyidir. Bu xəstəlik zamanı bədənin immun sistemi öz sinir hüceyrələrinin ətrafındakı qoruyucu örtük olan mielinə hücum edir, nəticədə sinir impulslarının ötürülməsi pozulur. Xəstəlik beyin və onurğa beynində zədələnmiş sahələr yaradır. Bəzi xəstələrdə inkişaf dəyişkən olur, kimisində xəstəlik yüngül əlamətlərlə başlayıb illərlə dəyişməyə bilər, bəzi xəstələrdə isə daha tez irəliləyə bilər.

Xəstəliyin ilkin əlamətləri də dəyişkən ola bilir, amma ümumilikdə bir çox adamda göz problemleri yaranır, bulanıq və cütgörmə ən çox rastlanan əlamətdir. Əzalarda keyimə və zəiflik, tarazlıq və koordinasiya pozğunluğu, yorğunluq, halsızlıq, yaddaş və diqqət problemləri, sidik ifrazı ilə bağlı çətinlik, tez-tez baş verən depressiv vəziyyət və ya əhval-ruhiyyənin dəyişikliyi də çox rastlanan əlamətlərdir.

MS xəstəliyinin dəqiq səbəbi bilinmir, lakin tibb elminin araşdırmaları və müşahidələri belə qənaətə gəlir ki, ən böyük risk faktoru genetik meyllilikdir. Habelə virus infeksiyaları, xüsusilə Epstein-Barr virusu də xəstəliyin yaradıcısı ola bilər. MS xəstəliyi daha çox qadın cinsindən olan insanlarda qeydə alınır. Araşdırmalar göstərir ki daha çox soyuq iqlimi olan ərazilərdə qeydə alınan xəstəliyin təhlükəsi də elə bu faktora bağlıdır. Belə ki, günəşi az görən insanlarda vitamin D əskikliyi yaranır. Bildiyimiz kimi D vitamini immun sisteminin fəaliyyətində ən vacib amildir və onun çatışmazlığı autoimmun xəstəliklərin riskini artırır. Autoimmun xəstəliklər orqanizmdə immun sistemin iş prinsipinin pozulması ilə əlaqədar meydana çıxan sistem xəstəliklərdir. Bu risk qrupuna daxil olan xəstəliklərdən biri də məhz MS-dir.

Həmçinin, Epstein-Barr virusu ilə gec tanışlıq da insan orqanizmi üçün təhlükəli olar. Əsasən tüpürcək vasitəsilə yayılır, ona görə el arasında olan "öpmək xəstəliyi" də deyilir. Xəstəlik ona görə çox vaxt uşaq yaşlarında qeydə alınır. Bu virus da eynən vərəm çöpləri kimi bədənimizdə həmişəlik qalır və əgər immun sistemimiz zəifləsə virus aktivləşə bilər. Bu gün dünya əhalisinin təxminən 90-95%-i uşaq yaşda EBV ilə tanış olub.

Ümumiyyətlə, tibb elmi deyir ki, viruslarla erkən yaşda təmas insanın immun sisteminin möhkəmliyi üçün vacibdir. Dolayısı ilə isti iqlimdə viruslarla daha erkən tanış oluruq, çünki sosiallaşma, ünsiyyət imkanları çox olur. Lakin soyuq iqlimdə sosiallaşma imkanları məhdud olur, insanlar ilin böyük hissəsini evdə, günəşsiz və daha az hərəkət etdikləri qapalı mühitdə keçirirlər. Dolayısı ilə ətraf mühitdə olan viruslarla kontakt az olur, sözügedən virusla təmas daha gec baş verdiyi üçün virus orqanimə daxil olanda immun sistemi ondan qorunmağımızı təmin edə bilmir, beləcə MS riski yüksəlmiş olur.

Beynəlxalq MS Federasiyasının məlumatına görə dünyada 2.8 milyondan çox MS xəstəsi var. Skandinaviya ölkələri - Norveç, İsveç, Finlandiya, Kanada və ABŞ-ın şimal əyalətləri ən çox MS xəstələrinin qeydə alındığı yerlərdir. Şimali Avropada hər 100.000 nəfərə düşən MS xəstələrinin sayı 100–300 arasında dəyişir. Şimali Amerikada bu göstərici 100–200, Yaxın Şərq və Orta Asiyada 10–60, Afrikada isə 5–20 nəfərdir. Hazırda ABŞ-da 1 milyona yaxın MS xəstəsi var. Almaniyada 250 min, Rusiyada 150-200 min, Böyük Britaniyada 130 min, Kanadada 90 min, Avstraliyada 30 min nəfər bu xəstəlikdən əziyyət çəkir. Azərbaycandakı MS xəstələrinin təxmini sayı 3–5 min arasında olması ehtimal edilir.

Təəssüf ki, Multipl Sklerozu tibb elmi hələ ki, tam sağalda bilmir. Lakin müasir tibbdə simptomları azaltmaq, xəstəliyin inkişafını yavaşlatmaq və daha keyfiyyətli həyat təmin etmək üçün müxtəlif müalicə üsulları mövcuddur. Müalicədə əsasən xəstəliyin inkişafını yavaşladan dərmanlardan istifadə edilir. Dərmanlar immun sistemini tənzimləyir, qüvvətləndirir. Dərman mülaicəsi ilə paralel olaraq fizioterapiya və reabilitasiya da tətbiq edilir. D vitamininin daim normada olması, təmiz hava və bol günəş, stressdən uzaq həyat tərzi şərtdir.

Bəzi MS xəstələri müalicəsi ilə bərabər normal gündəlik həyat tərzi yaşasa da bəzilərində bu əlçatan olmur. Amma ümumilikdə müalicəsini ləngitməyən MS xəstələrinin normal iş həyatı da olur. Doğru müəlicə, doğru həyat tərzi, doğru qidalanma ilə normal həyat sürmək mümkündür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:665
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 May 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see277

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see271

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see263

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see250

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see231

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see227

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see226

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see223

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see222

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see217

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see216

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see213

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see208

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see202

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see202

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see187

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

22 Sentyabr 2026 18:52see185

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see180

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri