Mbappenin son vəziyyəti bəlli oldu
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real Madrid"in Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda baş tutan matçda - "Atalanta"ya qarşı səfər oyununda (3:2) zədələnən hücumçusu Kilan Mbappenin son vəziyyətinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Fransa millisinin forvardı artıq məşqlərə başlayıb. Mənbə ulduz futbolçunun dekabrın 18-də Dohada keçiriləcək Qitələrarası Kubokun final qarşılaşmasında iştirak etmək ehtimalının yüksək olduğunu vurğulayıb.
Mbappe İtaliyadakı qarşılaşmanın ilk yarısında xəsarət aldığı üçün 36-cı dəqiqədə əvəzlənmişdi.
"Real"a bu ilin yayında qoşulan Kilian cari mövsüm bütün turnirlərdə 21 matça çıxaraq 11 qol və 2 məhsuldar ötürmə lə yadda qalıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















