McLaren Əbu Dabi investisiya şirkətindən 2 milyard dollar alacaq
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın yarış və idman avtomobilləri istehsalçısı "McLaren” sahibi olan Əbu-Dabinin dövlət investisiya şirkəti "CYVN Holdings”dən 2 milyard dollar həcmində maliyyə vəsaiti alacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” nəşrinə müsahibəsində "McLaren”in baş icraçı direktoru Nik Kollinz bildirib.
O, qeyd edib ki, borc yükü və satışların azalması səbəbindən şirkət çətin vəziyyətdədir.
2024-cü ilin dekabrında "McLaren”in əvvəlki sahibi olan Bəhreynin investisiya fondu "Mumtalakat Holding” avtomobil istehsalçısının səhmlərinin 100%-ni Əbu-Dabidən olan "CYVN Holdings” investisiya şirkətinə satıb. "CYVN Holdings” tərəfindən ayrılacaq vəsait növbəti beş il ərzində mərhələli şəkildə təqdim ediləcək və "McLaren”in məhsul xəttinin ənənəvi iki yerlik superkarlar seqmentindən kənara genişləndirilməsinə yönəldiləcək.
Qeyd olunur ki, Əbu-Dabi fondu daha əvvəl də "McLaren”in "Formula-1” yarış komandasına investisiya yatırıb. Lakin bu komandanın uğurlu çıxışları belə Britaniya şirkətinin böhrandan çıxmasına kömək etməyib. Maliyyə çatışmazlığı nəticəsində "McLaren”in yeni modellərin hazırlanması imkanları sürətlə azalıb. İndi isə Britaniya şirkətinin rəhbərliyi ərəb investoru tərəfindən ayrılan vəsait hesabına bu problemi aradan qaldırmağı planlaşdırır.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 12 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















