Icma.az
close
up
RU
Bakının Əbu Dabi qardaşı

Bakının Əbu Dabi qardaşı

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şərq və Qərbin kəsişməsində vahid cəbhə

Azərbaycanın paytaxtı Bakı ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması haqqında anlaşma memorandumunun imzalanması əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu proses Bakı–Əbu–Dabi oxunun Avrasiya geosiyasətindəki çəkisini artıran, iqtisadi diversifikasiyanı sürətləndirən və enerji keçidi dövründə “yaşıl enerji” körpüsünü möhkəmləndirən strateji gedişdir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində rəsmiləşdirilən sənəd Cənubi Qafqazın lider dövləti ilə Körfəz regionunun aparıcı iqtisadi gücü arasındakı strateji tərəfdaşlığın institusional səviyyədə, yəni bələdiyyə və şəhər idarəçiliyi müstəvisində dərinləşdiyini nümayiş etdirir. Fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında baş tutmuş müzakirələr və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla keçirilən görüşdə səsləndirilən fikirlər, prosesin köklərinin dövlət başçılarının siyasi iradəsinə dayandığını sübut edir.

Bakı və Əbu-Dabi şəhərləri müvafiq olaraq Xəzər hövzəsi və Fars körfəzinin qərarvermə mərkəzləridir. Həmin mərkəzlərin “qardaşlaşması” anlayışı simvolik məna yükündən daha çox praqmatik iqtisadi və texnoloji inteqrasiya hədəflərini ehtiva edir. Eldar Əzizovun qonaqlara təqdim etdiyi, ərəb dilinə tərcümə olunmuş “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabı da Azərbaycanın regionda yaratdığı yeni reallıqların ərəb dünyasında da qəbul edilməsi, 44 günlük müharibənin nəticələrinin və liderlik faktorunun dost ölkələrdə təbliği baxımından müstəsna əhəmiyyət daşıyır. Məhəmməd Əli Əl-Şorafanın Bakıdakı inkişaf tempini, şəhər idarəçiliyinin effektivliyini yüksək qiymətləndirməsi və “iki paytaxtın bir-birindən öyrənəcəyi çox şey var” deməsi gələcək əməkdaşlığın qarşılıqlı təcrübə mübadiləsinə əsaslanan bərabərhüquqlu tərəfdaşlıq olacağından xəbər verir.

Ən maraqlı məqam imzalanmış sənədin hansı praktiki nəticələr doğuracağı və prosesdən sonra nələrin baş verəcəyidir. İlk növbədə, şəhər idarəçiliyi sahəsində rəqəmsal transformasiya təcrübəsinin mübadiləsi gözlənilir. Məlumdur ki, Əbu-Dabi “Smart City” konsepsiyalarının tətbiqində qlobal liderlərdən sayılır və Bakı şəhərinin Baş Planının icrası prosesində süni intellektə əsaslanan nəqliyyat idarəetmə sistemlərinin, kommunal xidmətlərin avtomatlaşdırılmasının və ekoloji monitorinq şəbəkələrinin qurulmasında həmin texnologiyalardan istifadə edilməsi ehtimalı olduqca yüksəkdir. Memorandum, həmçinin, şəhər nəqliyyatı infrastrukturunun optimallaşdırılması istiqamətində birgə layihələrə zəmin yaradacaq. Xüsusilə, Bakıdakı tıxac probleminin həllində Əbu-Dabinin çoxzolaqlı yollar və intellektual işıqfor sistemləri ilə bağlı təcrübəsi tətbiq edilə bilər. Digər tərəfdən, Bakı özünün tarixi memarlıq irsinin qorunması, şəhərsalma estetikası və yaşıllıq zonalarının salınması sahəsindəki unikal təcrübəsini Əbu-Dabi ilə bölüşərək səhralıq iqlimində urbanizasiya problemlərinin həllinə töhfə verə bilər.

Lakin məsələnin strateji tərəfi enerji keçidi və "yaşıl enerji" dəhlizləridir. Azərbaycan və BƏƏ ənənəvi neft-qaz ixracatçısı olsalar da, bərpaolunan enerji mənbələrinə keçid prosesində qlobal liderlər sırasındadırlar. BƏƏ-nin "Masdar" şirkətinin Azərbaycanda həyata keçirdiyi nəhəng günəş və külək enerjisi layihələri Bakı və Əbu-Dabi arasındakı əlaqələrin əsas sütununu təşkil edir. İmzalanan memorandum şəhər səviyyəsində enerji səmərəliliyi, binaların istilik izolyasiyası və ictimai nəqliyyatın elektrikləşdirilməsi kimi "yaşıl təşəbbüs”lərin sinxronlaşdırılmasına imkan verəcək. Bakı və Əbu-Dabi neft erasından sonrakı dövrə hazırlıq mərhələsində olan meqapolislər kimi, davamlı inkişaf modellərini birlikdə formalaşdırmaq niyyətindədir.

Digər məqam Orta Dəhliz layihəsidir. Əbu-Dabi limanlarının logistik imkanları ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (Ələt) potensialının əlaqələndirilməsi Şərq-Qərb ticarət dövriyyəsində hər iki şəhərin hab rolunu gücləndirəcək. Bələdiyyələr və Nəqliyyat Departamentinin sədrinin Bakıya səfəri zamanı nəqliyyat sektoruna vurğu edilməsi gələcəkdə Əbu-Dabi logistika şirkətlərinin Azərbaycandakı azad iqtisadi zonalarda, xüsusilə Ələt Azad İqtisadi Zonasında təmsilçiliklərinin artacağını və yükdaşımaların idarə edilməsində rəqəmsal həllərin birgə tətbiqini vəd edir. Bu, Çindən Avropaya uzanan ticarət yolunda Bakının strateji əhəmiyyətini artırmaqla yanaşı, Əbu-Dabinin də Avrasiya bazarlarına çıxışını asanlaşdıracaq.

Sənədin siyasi çəkisi həm də ondan ibarətdir ki, Azərbaycanın xarici siyasətində Körfəz ölkələri ilə əlaqələrin dərinləşməsi prioritetdir. Prezident İlham Əliyevin çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunda BƏƏ ilə tərəfdaşlıq Qərb və Şərq arasında körpü rolunu oynayan Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir. Eyni zamanda, BƏƏ üçün də Cənubi Qafqazın lideri ilə yaxınlaşmaq regionda artan rəqabət mühitində mövqelərini möhkəmlətmək baxımından həyati əhəmiyyət kəsb edir. Qardaşlaşma memorandumu arxasında milyardlarla dollarlıq investisiya portfeli, siyasi həmrəylik və ortaq strateji vizyon dayanan ciddi yol xəritəsidir.

İmzalanan sənəd aşağıdakı hadisələrin baş verməsini şərtləndirəcək. Birincisi, yaxın aylarda Bakı ilə Əbu-Dabi arasında mütəmadi fəaliyyət göstərən Birgə İşçi Qrupunun yaradılması və konkret fəaliyyət planının təsdiqlənməsi gözlənilir. İkincisi, təhsil sahəsində əməkdaşlığın genişlənməsi, Bakıdakı ali məktəblərlə Əbu-Dabi universitetləri arasında tələbə və müəllim mübadiləsi proqramlarının işə düşməsi real görünür. Üçüncüsü, mədəni diplomatiya çərçivəsində Bakıda “Əbu-Dabi günləri”nin və əksinə, Əbu-Dabidə “Bakı günləri”nin keçirilməsi xalqlararası ünsiyyəti dövlətlərarası münasibətlərin səviyyəsinə qaldıracaq.

Mövcud razılaşmanın regional təhlükəsizlik arxitekturasına təsiri də gözardı edilməməlidir. Azərbaycan və BƏƏ-nin yaxınlaşması regionda sabitlik və inkişaf tərəfdarı olan qüvvələrin mövqeyini gücləndirir. Ermənistanla sülh prosesinin müzakirə edildiyi bir dönəmdə Azərbaycanın qlobal ölkələrlə, o cümlədən ərəb dünyasının ən nüfuzlu dövlətlərindən biri ilə əlaqələrini şaxələndirməsi, rəsmi Bakının diplomatik masadakı əlini gücləndirən amillərdən biridir.

Fevralın 11-də imzalanan Anlaşma Memorandumu Bakı ilə Əbu-Dabi arasındakı məsafəni simvolik olaraq qısaldan, siyasi-iqtisadi bağları möhkəmləndirən və gələcəyə hesablanmış strateji addımdır. Sənəd neft kapitalının insan kapitalına və texnoloji inkişafa çevrilməsi prosesində hər iki tərəfin bir-birinə dəstək olmaq əzmini nümayiş etdirir. Qarşıdakı illərdə Bakı və Əbu-Dabinin birgə təşəbbüsləri Cənubi Qafqaz və Körfəz regionlarının inteqrasiyasında yeni səhifələr açacaq, “yaşıl enerji”dən tutmuş rəqəmsal iqtisadiyyata qədər geniş spektri əhatə edən layihələrin reallaşmasına təkan verəcək. Həmçinin BƏƏ şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə daha fəal cəlb olunması üçün mənəvi və hüquqi zəmin rolunu oynayacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri