Naxçıvanda yeni vəzifə YARADILIR
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan Ali Məclisi deputatının köməkçisinin hüquqi statusu yaradılacaq.
Oxu.Az-ın məlumatına görə, bu, Ali Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyində yer alan "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola biləcək.
Köməkçilər Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq.
Deputatın köməkçisinin işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.
Deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.
Məlik Məlikov
Baxış sayı:76
Bu xəbər 17 Fevral 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















