MDB ölkələrində Rus Dilinə Dəstək Assosiasiyası yaradılacaq
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
MDB ölkələrində Avrasiya Rus Dilinə Dəstək Assosiasiyası yaradılacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, gələcək platforma “Rossiya Seqodnya” media qrupunun mətbuat mərkəzində dəyirmi masada müzakirə edilib.
Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsovun iştirakı ilə burada ekspertlər - filoloqlar, ictimai birliklər toplaşıb. Nazirin sözlərinə görə, bu, ənənəvi mənəvi-əxlaqi dəyərlərin, təhsil proqramlarının, rus mədəniyyətinin öyrənilməsi üçün infrastrukturun təbliği üçün platforma olacaq.
Tədbirdə rus dilini və mədəniyyətini dəstəkləyən mərkəzlərin əsas vəzifələri vurğulanıb. Bunlar ənənəvi mənəvi-əxlaqi dəyərlərin təbliği, təhsil müəssisələrinin rusdilli dərsliklər və bədii ədəbiyyatla təmin edilməsi və rus dili kabinetlərinin təchiz edilməsi, müəllimlərin peşəkar inkişafının təşviqi, rus dilini və mədəniyyətini dəstəkləməyə yönəlmiş ölkələrdə ictimai və biznes təşkilatlarının nümayəndələrinin birliyinin yaradılması, gənclərin və rus yazıçılarının görüşlərinin keçirilməsidir.
Həmçinin təhsil müəssisələrində rus dili kabinetlərinin təchiz edilməsi, rus dili müəllimlərinin ixtisasartırma məktəbinin fəaliyyətə başlaması, şagirdlər üçün xarici dil kimi rus dilində beynəlxalq olimpiadanın təşkili, postsovet məkanından olan gənclər üçün rus yazıçıları ilə görüşlərin təşkili də nəzərdə tutulur.
Bundan əlavə, MDB ölkələrindən olan tələbələr arasında “Sinif dostluğu” proqramının həyata keçirilməsi planda əksini tapıb.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Dünyanın müxtəlif ölkələrində Fələstinə dəstək nümayişləri keçirilib
19 Yanvar 2025 19:56
Bakıdakı Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” layihəsi keçiriləcək AZƏRTAC
16 Noyabr 2024 03:38
“ABŞ MDB ölkələrində xaos yaratmaq istəyir”
26 Noyabr 2024 12:38
Bakıda Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” adlı tədbir keçirilib AZƏRTAC
01 Dekabr 2024 01:51
“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub
31 Oktyabr 2025 14:33
Baxış sayı:107
Bu xəbər 19 Mart 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















