Icma.az
close
up
RU
Bakıda Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” adlı tədbir keçirilib AZƏRTAC

Bakıda Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” adlı tədbir keçirilib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 30 noyabr, Mikayıl Məmmədov, AZƏRTAC

Bakıdakı Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” adlı mədəni-maarif tədbiri keçirilib. İncəsənət, mədəniyyət və elm nümayəndələrini bir araya gətirən layihə çoxlu sayda qonağın marağına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu tədbir Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva, Azərbaycanın dövlət təhsil və mədəniyyət müəssisələri, Rusiya Mədəniyyət Nazirliyi, “Roskonsert”, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi - Bakıdakı Rus evi, L.N. Tolstoyun Moskvada dövlət muzeyi, “KinoFokus” şirkətinin dəstəyi ilə Film Festivalları və Beynəlxalq Proqramlar Mərkəzi tərəfindən həyata keçirilib.

Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov çıxış edərək bu gecənin hazırlanmasına görə təşkilatçılara təşəkkürünü bildirib.

Kino Festivalları və Beynəlxalq Proqramlar Mərkəzinin prezidenti, Rusiyanın Əməkdar mədəniyyət işçisi Tatyana Şumova layihənin əhəmiyyətindən ətraflı danışıb, Leyla Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Gecənin proqramı Rusiya Böyük Teatrının solistlərinin konserti ilə davam edib. Ümumrusiya və beynəlxalq müsabiqələrin laureatları Olqa Seliverstova (soprano) və Aleksandr Kasyanov (bariton) pianoçu Mariya Oselkovanın müşayiəti ilə rus, Azərbaycan və dünya opera klassiklərinin şah əsərlərini ifa ediblər.

Bakıdakı Rus evinin rəhbəri İ.Zinnurov AZƏRTAC-ın müxbiri ilə söhbətində layihənin əhəmiyyətini vurğulayıb: “Belə tədbirlər daha tez-tez keçirilməlidir, çünki onlar ölkələrimiz arasında mədəni mübadiləni təşviq edir. Bu səviyyəli tədbirlər nə qədər çox olsa, ölkələrimiz üçün bir o qədər yaxşıdır. Həmçinin Rusiyada da azərbaycanlı artistlər bir çox əsərlər ifa edirlər. Mədəni mübadilə lazımdır, bu, hamımızı zənginləşdirir”, - deyə o qeyd edib.

Tədbir çərçivəsində “Hisslərin stenoqrafiyası. Lev Tolstoy və musiqi” adlı sərginin açılışı olub. Sərgiyə ekskursiya L.N.Tolstoy Dövlət Muzeyinin baş elmi işçisi Olesya Voloseviç tərəfindən aparılıb. Mühazirə ziyarətçilərə dahi yazıçıya qeyri-adi tərəfdən baxmağa imkan verdi, musiqinin onun həyat və yaradıcılığında oynadığı rolu üzə çıxardı. Nadir sənədlər, əlyazmalar və musiqi yazıları da daxil olmaqla unikal eksponatlar Lev Tolstoyun musiqi dünyası ilə dərin əlaqəsini nümayiş etdirdi.

“Biz layihə və proqramlarımızla gələndə həmişə konsertləri təkcə bir məkanda keçirməkdən deyil, həm də mümkün qədər çox sayda ictimaiyyəti əhatə etməkdən məmnunuq.

Leyla xanım Əliyeva və Heydər Əliyev Fondu ilə birgə Azərbaycanda və Rusiyada layihələrimiz planlaşdırılıb. Azərbaycanda deyəndə mən təkcə Bakıda nəzərdə tutmuram, biz həm də mümkün qədər çox sayda ictimaiyyətlə görüşmək, müxtəlif yaşda olan insanları görmək və onları tanınmış və gənc ifaçılarımızın yaradıcılığı ilə tanış etmək üçün Azərbaycanın işğaldan azad edilmiş şəhərlərinə də səyahət etməyi planlaşdırırıq”, - deyə T.Şumova AZƏRTAC-ın müxbirinə bəhs edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Dekabr 2024 01:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see277

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see152

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see146

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see142

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri