Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

MDB regionunda ilk yeni enerji modeli

MDB regionunda ilk yeni enerji modeli

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması ölkəmizin enerji sisteminin çevik və dayanıqlığını təmin edəcək

Məlum olduğu kimi Prezident İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışını edib. Yeni mərkəz ölkəmizin enerji güclərinin artmasını təmin edən və dayanıqlı resurs mənbələrindən biri hesab edilə bilər. Belə ki, gücü 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzi MDB regionunda ilk enerji infrastrukturu olmaqla, strateji sektorların enerji ehtiyacları üçün davamlı və fasiləsiz enerji təmin edəcək. 50 akkumulyator batareya və 13 invertor konteynerindən ibarət Mərkəzin enerji idarəetmə sistemi isə ən müasir və ağıllı texnologiyalara əsaslanır. Belə ki, ABŞ-nin “TETRA Tech” və Türkiyənin “EPRA” şirkətlərinin təmsil olunduğu bu layihə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə batareya sistemlərində saxlanması və paylanmasını təmin edəcək unikal model deməkdir.

Ümumiyyətlə, Azərbaycanda müasir eneji siyasəti alternativ resursların istehsalı və emalı ilə yanaşı, tədarük olunan enerjinin saxlanma bloklarında cəmləşməsidir. Batareya Enerji Saxlanc Mərkəzi bərpaolunan güclərin əsas resurs rezervuarları hesab edilir. Ən çox da günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir. Bu mərkzələr fiberoptik data mərkəzlərinin, genişzolaqlı internet bazalarının da əsas resurs mənbəyi sayılır. Yeri gəlmişkən, son 7 ildə 4700 kilometr fiber-optik kabel infrastrukturu yaradılıb, 550-dən çox enerji obyektini əhatə edən mərkəzi SCADA sistemi qurulub. Bu möhkəm arxitektura Azərbaycanın bölgədə Data mərkəzinə çevrilmək hədəflərinin də uğurla reallaşmasını təmin edəcək.

2030-cu ilin hədəfi - 30 faizlik “yaşıl enerji” istehsalı

Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, Günəşin batma saatlarında yük qrafikinin hamarlanması, qəza zamanı enerjisistemin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir. Mərkəzin ən mühüm üstünlüyü isə daha çox bərpaolunan enerji güclərinə əsaslanmasıdır. Saxlanc mərkəzi günəş və külək stansiyalarının istehsal etdiyi enerjinin dəyişkənliyini hamarlayır, şəbəkədə gərginlik və tezlik sabitliyini təmin edir, enerji istehlakının yüksək olduğu pik saatlarda yığılmış enerjini şəbəkəyə verərək çatışmazlığı kompensasiya edir.

Strateji Plana əsasən, ölkəmizdə 2028-ci ildə ümumilikdə 2100 MVt-dan çox “yaşıl enerji”nin batareya saxlama şəbəkələrinə inteqrasiyası nəzərdə tutulur. Bütün bunlar nəzərə alınaraq Azərbaycanda tikilən 2 GVt bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirmək, Bakının, o cümlədən Ələt Azad İqtisadi Zonasının enerji təchizatında yaşıl enerji payını yüksəltmək, 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji” qovşağını ölkə enerjisistemi ilə birbaşa tam əlaqələndirməklə onu əsas qovşaq yarımstansiyalarından birinə çevirmək üçün icra edilən “AZURE” layi həsi çərçivəsində işlərin əsas mərhələsi artıq yekunlaşıb.

Bütün bunlara nail olmaq üçün sözsüz ki, “yaşıl enerji” istehsalının da artımının davamlı təmin olunması vacibdir. Qiymətləndirmələrə əsasən, ölkəmizin quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq. Hökumətin ssenarilərinə əsasən, 2030-cu ilə qədər elektrik enerjisində bərpaolunan enerjinin payının 30 faizə çatdırılmalıdır. Proqnozlar isə yaxın 5-6 ildə bərpa olunan enerji sitehsalının təxminən 5 milyard Kvt-st-a çatacağını fərz edir ki, bu da cəmi enerji hasilatının təxminən 34 faizi deməkdir. Yəni, Azərbaycan daha optipist ssenari üzrə “yaşıl enerji” gücünü artırmaqla bölgədə yeni enerji arxitekturasını da möhkəmləndirir.

Xarici investorların “yaşıl sərmayələri”

Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda istehsalın artırılması üçün beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq qurub və son 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə  bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. 2 ay əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər. Bu, yeni enerji sərmayələrinin açar sazişi kimi digər çoxhəcmli investisiyalar üçün əsaslı zəmin deməkdir. Həmin sərmayə proqramının davamı kimi digər potensial investorlarla daha iritutumlu “yaşıl sərmayələr”in qoyuluşuna dair ilkin razılaşmalar da əldə edilib. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.

Bu layihələrin icrası Azərbaycanda “yaşıl enerji” istehsalı və emalının artması fonunda batareya enerji şəbəkələrinin həm güc bazasının, həm də idarəetmə sisteminin də modernləşməsinə səbəb olacaq. Bu layihələrin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.

Beləliklə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sisteminin daha müasir, çevik və dayanıqlığını təmin edəcək. Regionda bərpaolunan enerji potensialı ilə zəngin olan ölkəmizin yeni enerji modelini qurmaqla, həm də Cənubi Qafqazın data ünvanı kimi mövqeyini də möhkəmləndirəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Aprel 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri