Icma.az
close
up
RU
MDU da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

MDU da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Mingəçevir, 26 avqust, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov 2026/2027-ci tədris ili üzrə qəbul imtahanında 626 bal toplayaraq bu ali məktəbin riyaziyyat müəllimliyi ixtisasına qəbul olunan Aysu İsmayılova və onun valideynləri ilə görüşüb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Aysu İsmayılovanı yüksək nəticə göstərərək MDU-nun tələbəsi olması münasibətilə təbrik edən Anar Eminov gənc tələbənin bilik və potensialının göstəricisi olan yüksək qəbul balının onun qarşıdakı universitet həyatında böyük uğurlar qazanması üçün yaxşı başlanğıc olduğunu diqqətə çatdırıb. O, Aysu İsmayılovanın məhz müəllimlik ixtisasını seçməsini xüsusi dəyərləndirərək, gələcəkdə onun peşəsinə sevgi ilə yanaşan, müasir bilik və bacarıqlara yiyələnən, şagirdlərinin inkişafına töhfə verən nümunəvi pedaqoq kimi formalaşmasının vacibliyini vurğulayıb.

Görüşdə universitetdə tələbələrin yalnız akademik biliklər əldə etməsi deyil, eyni zamanda, müxtəlif layihə, sosial, elmi, mədəni və ictimai fəaliyyətlərdə fəal iştirak etməsi üçün yaradılan imkanlardan danışılıb. Aysu İsmayılova MDU-nun tələbəsi olmaqdan məmnunluğunu ifadə edib. O, universitetdə yaxşı nəticələr göstərmək, öz ixtisası üzrə biliklərini daha da inkişaf etdirmək və tələbə həyatında fəal iştirak etmək əzmi ilə bağlı fikirlərini bölüşüb.

Görüş zamanı tələbənin valideynləri də övladlarının yüksək nəticə göstərməsindən və MDU-ya qəbulundan məmnunluqlarını ifadə ediblər.

Müxbir – Vüsalə Cənnətova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri