Icma.az
close
up
RU
MDU da tələbələrə əlavə təqaüdlər veriləcək

MDU da tələbələrə əlavə təqaüdlər veriləcək

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il 5 iyul tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ili üzrə yekun və geniş tərkibli iclası ilk dəfə olaraq Şəki şəhərində keçirilib.

Hurriyyet.Az AzEdu.az-a istinadla xəbər verir ki, Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində MDU-nun rektoru Anar Eminovun sədrliyi ilə keçirilən iclasda universitetin Elmi Şurasının üzvləri, struktur bölmə rəhbərləri, eləcə də cari tədris ilini başa vuran və sosial fəaliyyətlərdə aktivliyi ilə fərqlənən tələbələr iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

İclas torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

MDU-nun rektoru Anar Eminov gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Əsas gündəm məsələsi kimi rektor A.Eminov tərəfindən MDU-nun yeni strateji hədəfləri, idarəetmədə institusional dəyişikliklər və tələbələrin təqaüd imkanlarının təkmilləşdirilməsi ilə bağlı məlumat verilib. Bildirilib ki, ali təhsildə keyfiyyətin artırılması, tələbəyönümlü yanaşmanın gücləndirilməsi və sosial dəstək mexanizmlərinin genişləndirilməsi universitetin əsas prioritetlərindəndir.

Elmi Şura tərəfindən qəbul olunmuş qərara əsasən, struktur bölmələrin yenidən formalaşdırılması, strateji hədəflərin icrası, eləcə də təhsil göstəricilərinə və sosial meyarlara görə fərqlənən tələbə və magistrantlara əlavə təqaüdlərin verilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Belə ki, fakültələr üzrə ümumi orta müvəffəqiyyət göstərici yüksək olub təqaüdə düşə bilməyən, eləcə də sosial həssas qrupa aid tələbələrin müvafiq say üzrə siyahısının tərtib edilməsi və  onlara birdəfəlik təqaüdlərin verilməsi barədə qərar qəbul edilib.

Daha sonra MDU-nun Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov tərəfindən 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri ilə bağlı geniş hesabat təqdim olunub. Hesabatda imtahan sessiyasının təşkili, fakültə və ixtisaslar üzrə statistik məlumatlar barədə ətraflı məlumat verilib.

Ardınca Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov 2025/2026-cı tədris ilinə hazırlıqla bağlı təkliflərini iclas iştirakçılarına təqdim edib. Təkliflər sırasında universitetin elektron idarəetmə sisteminin təkmilləşdirilməsi, istehsalat və pedaqoji təcrübədə yeni yanaşmaların tətbiqi, tədris proqramları və dərs sillabuslarının keyfiyyətinin artırılması və digər məsələlər yer alıb.

Təhsil fakültəsinin dekanı Nizami Zeynalov isə III və IV kurs tələbələrinin MİQ və digər kütləvi imtahanlara hazırlıq imkanları barədə məlumat verib. O, çıxışında 2020–2025-ci illər üzrə məzunların MİQ və magistratura imtahanlarındakı nəticələri ilə bağlı statistik göstəriciləri təqdim edib. Bildirib ki, universitet daxilində xüsusi hazırlıq qrupları, seminarlar, mentorluq dəstəyi və test bazaları yaradılacaq. Bu hazırlıq qruplarının məqsədi məzunların əmək bazarına və müvafiq imtahanlara daha hazırlıqlı şəkildə çıxışını təmin etməkdir.

Daha sonra, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova tərəfindən 2024/2025-ci tədris ili ərzində tələbə vətənpərvərliyi sahəsində görülən işlər barədə hesabat təqdim olunub. Hesabatda şəhid ailələri və veteran tələbələrlə işin təşkili, əlamətdar günlərlə bağlı həyata keçirilən tədbirlər barədə məlumatlar əks olunub.

Təqdim olunan hesabat və təkliflər Elmi Şura üzvləri tərəfindən müvafiq tapşırıq və tövsiyələrlə qəbul edilib.

İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Cari məsələlər sırasında iclasın ikinci gündəm məsələlərindən biri olan MDU-da diferensial əməkhaqqı sisteminin tətbiqi yer alıb. Rektor A.Eminov çıxışında bu sistemin professor-müəllim heyətinin fəaliyyət göstəricilərinə əsaslanaraq ədalətli və stimullaşdırıcı model əsasında formalaşdırıldığını qeyd edib. Bildirilib ki, yeni model əməkhaqlarının obyektiv meyarlarla diferensiallaşdırılması yolu ilə elmi-pedaqoji fəaliyyətin universitetin inkişaf hədəfləri ilə uzlaşdırılmasını və stimullaşdırılmasını nəzərdə tutur.

Digər bir məsələ MDU-da Ömürboyu Təhsil Məktəbinin yaradılması ilə bağlı olub. Təkliflə çıxış edən rektorun Tədris prosesinin təşkili və idarə olunması üzrə müşaviri Ceyhun Mahmudov əsas məqsədin universitetin cəmiyyətlə inteqrasiyasını gücləndirmək, fərdi inkişaf və peşə bacarıqlarının təkmilləşdirilməsi üçün geniş təlim imkanları yaratmaq olduğunu bildirib.

Ömürboyu Təhsil Məktəbində müxtəlif peşələr üzrə təkmilləşdirmə kursları, Mini MBA proqramları, fərdi inkişaf üzrə təlim və seminarlar və digər fəaliyyətlər nəzərdə tutulur.

Diferensial əməkhaqqı sisteminin tətbiqi və Ömürboyu Təhsil Məktəbinin yaradılması ilə bağlı təkliflər Elmi Şura tərəfindən qəbul edilib.

Sonda universitet həyatında nümayiş etdirdikləri yüksək sosial və ictimai fəallığa, tədbir və layihələrdə göstərdikləri təşəbbüskarlığa görə bir qrup məzun, eləcə də 30 iyun 2025-ci il tarixində keçirilmiş “Məzun Günü” tədbirinin təşkilində göstərdikləri məsuliyyət və səmərəli fəaliyyətə görə MDU-nun əməkdaşları təltif olunublar.

İclasın sonunda rektor A.Eminov 2024/2025-ci tədris ilinin başa çatması münasibətilə universitet kollektivini və tələbələri təbrik edib, onlara xoş istirahətlər arzulayıb.

 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyul 2025 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see330

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see262

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see231

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see225

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see197

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see186

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see184

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see182

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see177

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see176

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see174

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see170

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see169

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see164

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see162

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see156

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri