Icma.az
close
up
RU
Bu universitetlərdə əlavə təqaüdlər VERİLİR

Bu universitetlərdə əlavə təqaüdlər VERİLİR

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Təhsilin keyfiyyətinin yüksəldilməsi və istedadlı gənclərin dəstəklənməsinə kömək etmək üçün Azərbaycanın ali təhsil mərkəzləri arasında daxili təqaüd proqramlarının tətbiqi geniş vüsət əldə edilir. 

Modern.az növbəti tədris ilində tələbələr üçün daxili təqaüd nəzərdə tutan universitetləri öyrənmək üçün onlar arasında sorğu keçirib. 

Bakı Dövlət Universitetinə (BDU) 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.
Bundan əlavə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU tələbələri üçün İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) xüsusi təqaüdü təsis edilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari tədris ilində yüksək akademik göstəricilərlə fərqlənmiş “Hüquqşünaslıq” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə təhsil alan iki tələbəyə (hər ixtisas üzrə bir nəfər olmaqla) Ombudsman tərəfindən xüsusi təqaüdün ayrılması nəzərdə tutulur.

Azərbaycan Dövlət İqtisad Universiteti 2018-ci ildən 600 və daha çox bal toplayaraq bu universitetə qəbul olan tələbələrə bir semestr ərzində 100 manat xüsusi təqaüd verilir. Bu təqaüd UNEC-i seçən respublika və beynəlxalq fənn olimpiadalarının qaliblərinə də şamil olunur. Həmçinin UNEC tələbələrinə TOP 15 əlaçı təqaüdü də verilir. Bu təqaüd semestrdə hər kurs üzrə ən yüksək bal toplayan 15 tələbəyə verilir. Ümumilikdə hər semestr 60 tələbə UNEC-in Əlaçı təqaüdünü - 175 manat təqaüd qazana bilir.

Bakı Slavyan Universiteti 2025/2026-cı tədris ili üzrə Regionlardan qəbul olan qızlar üçün təqaüd proqramını təsdiq edib. Daxili təqaüd proqramı aylıq 200 AZN olmaqla, həmin bölgələrdən müəllimlik ixtisasına qəbul olan və 450 baldan yuxarı toplayan 5 qız tələbə üçün nəzərdə tutulub. Eyni zamanda İbtidai sinif müəllimliyi və xarici dil müəllimliyi ixtisaslarına qəbul olan oğlan tələbələr üçün təqaüd veriləcək. Təqaüd ayda 200 AZN olmaqla, universitetimizə qeyd olunan ixtisalara qəbul olan və 450 baldan yuxarı bal toplayan oğlan tələbələr üçün nəzərdə tutulub.

Azərbaycan Dövlət Pedoqoji Universitetində 14 daxili təqaüd mövcuddur.  Bunlardan birincisi Heydər Əliyev adına təqaüddür. Bu da universitet üzrə semestri ən yaxşı nəticələrlə başa vuran şəxsə növbəti semestr ərzində verilir və 250 manat məbləğindədir. Universitetə ən yüksək bal ilə qəbul olunan tələbəyə növbəti 1 il ərzində Firudin Bəy Köçərli adına təqaüd verilir ki, onun da məbləği 125 manatdır. Bundan əlavə ixtisas və fakültələr üzrə 12 adlı təqaüd təsis edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri