Icma.az
close
up
RU
MDU nun 5 müəllim və 6 tələbəsi Türkiyəyə yollanır

MDU nun 5 müəllim və 6 tələbəsi Türkiyəyə yollanır

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi növbəti uğur çərçivəsində 6 tələbə bir semestrlik, 5 müəllim isə iki həftəlik mübadilə proqramında iştirak etmək imkanı qazanıb. Mübadilələr “Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyənin nüfuzlu ali təhsil müəssisələri olan Hacettepe Universiteti, Ege Universiteti, İstanbul Ticarət Universiteti, Karamanoğlu Mehmetbəy Universiteti  və Eskişehir Anadolu Universiteti  ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Mübadilə proqramlarına seçilən iştirakçılar kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, iqtisadiyyat, maliyyə, marketinq, dilçilik və ingilis dili müəllimliyi kimi ixtisaslar üzrə tədris və tədqiqat prosesinə qatılacaqlar.
Mübadilə proqramlarının səmərəli həyata keçirilməsi üçün universitet tərəfdaş ali təhsil müəssisələri ilə tədris planlarını uyğunlaşdırıb, tələbələrin kreditlərinin tanınması üçün zəruri mexanizmləri formalaşdırıb.
MDU-nun rektoru Anar Eminov mübadilə proqramında uğur qazanan müəllim və tələbələrlə görüşərək onları təbrik edib, beynəlxalq təcrübənin onların akademik inkişafında mühüm rol oynayacağını vurğulayıb. Rektor bildirib ki, xaricdə təhsil və tədqiqat aparacaq iştirakçılar türk və ingilis dili biliklərini daha da təkmilləşdirmək üçün bir aylıq sürətləndirilmiş dil hazırlığı proqramına cəlb olunacaqlar.
Qeyd edək ki, əməkdaşlıq qarşılıqlı şəkildə həyata keçirilir və bu proqram çərçivəsində Türkiyədən və türk dünyası ölkələrindən olan tələbə və tədqiqatçılar da Mingəçevir Dövlət Universitetini təhsil və araşdırma məkanı kimi seçiblər. Eyni zamanda, MDU-nun 2 tələbəsi Qazaxıstanın Karaganda Milli Tədqiqat Universitetində və L.N. Qumilyov Avrasiya Milli Universitetində, 1 müəllimi isə Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində tədqiqat işlərini davam etdirəcək.
 





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Dekabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see242

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see198

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see192

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see180

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see150

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see150

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see140

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see132

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see131

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see129

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see129

Balıqçının soxulcan axtarışı tarixi dəyişdirdi: 2500 illik nadir tapıntı

16 Yanvar 2026 03:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri