MDU nun müəllim və tələbələri əməyin mühafizəsi ilə bağlı maarifləndiriliblər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə tədbirlər davam etdirilir.
DƏMX-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti təlim Mingəçevir Dövlət Universitetində (MDU) keçirilib. İki növbə şəklində təşkil olunan görüşdə universitetin tələbə və müəllim heyətindən ibarət 250-yə yaxın iştirakçı iştirak edib.
Maarifləndirici tədbirdə əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bununla yanaşı, gənclər arasında əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı mövzular müzakirə olunub.
Görüş interaktiv müzakirələrlə davam edib və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 21 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















