Icma.az
close
up
RU
MDU nun şəhid məzununa məxsus Azərbaycan bayrağı Türkiyədəki Bayraq muzeyində FOTOLAR

MDU nun şəhid məzununa məxsus Azərbaycan bayrağı Türkiyədəki Bayraq muzeyində FOTOLAR

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Mingəçevir Dövlət Universitetinin (MDU) 2020-ci il Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış məzunu Əzəmi Hüseynovun ev-muzeyində qorunan Azərbaycan bayrağı Türkiyə Cumhuriyyətinin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin nəzdində fəaliyyət göstərən Bayrakbilim və Türk Bayraqları Muzeyinə hədiyyə edilib. Bu addım həm şəhidimizin əziz xatirəsinə dərin ehtiramın, həm də Azərbaycan–Türkiyə qardaşlığının sarsılmazlığının rəmzi kimi böyük önəm daşıyır.

"Unikal" xəbər verir ki, bayraq əmanəti MDU-ya şəhidin anası Sayad Hüseynova tərəfindən təqdim olunub. O, oğlunun müqəddəs xatirəsini əbədiləşdirən bu təşəbbüsün qardaş ölkədə layiqli şəkildə qarşılanmasından qürur duyduğunu bildirib. MDU rəhbərliyi Sayad xanımın bu nəcib addımına görə ona xüsusi təşəkkürünü ifadə edib.
Hazırda Türkiyədə işgüzar səfərdə olan MDU-nun nümayəndə heyəti bayrağı Dokuz Eylül Universitetinin rəhbərliyinə təqdim edib. Hədiyyəni universitetin prorektoru prof. Dr. Dilşen İnce Erdoğan və Beynəlxalq Əməkdaşlıq Ofisinin müdiri prof. Dr. Mübeccel Danu Durukan Salı qəbul edib. Onlar bu mənalı hədiyyəni böyük ehtiram və duyğusal dəyərlə qarşıladıqlarını vurğulayaraq, bayrağın Türk Bayraqları Muzeyində xüsusi guşədə sərgilənəcəyini bildiriblər.
Universitet rəhbərliyi MDU-nun rektoru Anar Eminova və şəhidin anası Sayad Hüseynovaya təşəkkürnamə təqdim edərək iki ali təhsil müəssisəsi arasında humanitar və mədəni əməkdaşlığın daha da genişlənəcəyinə əminliklərini ifadə edib.
Bu addım bir daha təsdiqlədi ki, Azərbaycan–Türkiyə qardaşlığı yalnız rəsmi münasibətlərdə deyil, şəhidlərin əziz xatirəsinə göstərilən ehtiramda da özünün ən ali ifadəsini tapır. MDU bu dəyərli təşəbbüs vasitəsilə həm şəhidimizin ruhuna ehtiramını, həm də “bir millət, iki dövlət” birliyinin sarsılmazlığını bir daha nümayiş etdirib.
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Noyabr 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri