Icma.az
close
up
RU
Azərbaycan Bayrağı ordenli şəhid

Azərbaycan Bayrağı ordenli şəhid

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İşğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olan əsgərlərimizdən biri də Zaur Dövlətovdur. Müharibə başlayanda Zaur Türkiyədəki otellərdən birində çalışsa da, amma Vətən savaşının başladığını eşidəndə iş yoldaşları ilə hallaşıb ölkəyə qayıdır, könüllü cəbhəyə gedir.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri  Zaur Dövlətov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Şuşa şəhəri istiqaməti uğrunda gedən döyüşlərdə iştirak edib. Zaur oktyabrın 5-də cəbhəyə yollanıb, noyabrın 9-da Şuşa ətrafında gedən döyüşlərdə yaralanıb. Onun yaralanmasından saatlar sonra hərbi əməliyyatların dayandırılması haqda razılaşma əldə olunub. Təəsüf ki, Zaurun yarası ağır olduğundan həkimlər onu xilas edə bilməyiblər, döyüşçü noyabrın 12-də xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

“Qarabağda hərbi əməliyyatlar getdiyi bir vaxtda mən burada işimə davam edə bilmərəm. Torpaqlarımız işğaldan azad olunana kimi döyüşməliyəm”,- bu könüllü cəbhəyə yollanan Zaur Dövlətovun oteldəki iş yoldaşlarına son sözü olub.

Onun şəhid olması xəbəri Kəmərdəki dostları və iş yoldaşlarını da dərindən kədərləndirib. 

Otelin idarə heyətinin sədri Mustafa Kılıc Zaurun xatirəsinə həsr edilmiş anım tədbirində deyib: “Zaur Dövlətov hər kəs tərəfindən sevilirdi. O, insanlara yardım etməyi çox sevərdi, heç kimi incitməzdi. Zaur əsil qəhrəmandı. Sentyabr ayında oteldəki dostlarını ziyarət etdi, dedi ki, vidalaşmağa gəlib. “Niyə gedirsən, getmə Zaur. Qal, işinə davam et”-dedim. Amma razılaşmadı. Dedi ki, torpaqlarım işğal altındadır, qələbə uğrunda döyüşməlidir. Qəhrəman oğlan idi. Azərbaycana qayıdandan sonra oktyabrın 5-də orduya qatıldı və döyüşə yollandı. Noyabrın 9-da Zaurun vurulduğunu öyrəndik. Bildiyiniz kimi, noyabrın 10-da hərbi əməliyyatların dayandırılması haqda razılaşma imzalandı. 12 noyabrda isə Zaur şəhid oldu. Qəhrəman Zaurumuza Allah rəhmət eləsin deyirik, ailəsinə, türk millətinə başsağlığı veririk. Zaur əsl Azərbaycan türkü idi, bizim övladımız idi, bizlərdən biriydi. Məkanın cənnət olsun, mənim balam. Şəhid xəbərini eşitməyimiz çox kədərli an idi. O xəbər gələndə bütün dostları, iş yoldaşları ağladı. Bizlər də çox məyus olduq. Məkanı cənnət olsun”.

Zaurun iş yoldaşı olmuş 28 yaşlı Anastasiya Selutina isə xəbəri eşidəndən göz yaşlarını saxlaya bilmir. Deyir ki, Zaurla 2 il əvvəl tanış olub, dostlaşıblar: “Mən Türkiyəyə işləmək üçün gəlmişəm. Mənim üçün yad olan ölkədə çətin idi. Amma Zaur kömək etdi, tez bir zamanda şəraitlə uyğunlaşdım”.

Anastasiya deyir ki, Zaur yardımsevərliyi ilə çoxlarına nümunə olub. Çalışqanlığı ilə oteldə böyükdən-kiçiyə hamının hörmətini qazanıb. “2 ay əvvəl görüşdük, hamı onun gəlişinə sevindi. Bilirsiz, çoxları tərəfindən sevilmək hər insana qismət olmur. Ona oteldə işləməyi təklif etdilər. Zaur Türkiyədə qalıb işləyə bilərdi. Amma o, döyüşməyi seçdi. Gedərkən “şəhid olmasam gələcəm. Gələcək mövsümdə birlikdə çalışacağıq” dediklərini unuda bilmirəm. Zaur arzusuna çatdı”,- Anastasiya göz yaşlarına boğularaq deyib.

Oteldəki mağazalardan birinin sahibi, Türkiyə vətəndaşı Natalia Spirova da Zaurun xatirəsini yad edənlərdən biridir. Spirova xattirələrində qeyd edir ki, Zaur öz davranışları ilə Azərbaycanı yaşadırdı. “Son görüşümüzdə söylədiklərini xatırlayıram, sanki bir daha geri qayıtmayacağını hiss edirdi. Getməmişdən qabaq mağazamıza gəldi, “bacı, sizdən Türkiyə yazılı köynək alım, səndən xatirə olsun” dedi, əlimi öpdü. Köynəyi hədiyyə vermək istədim, götürmədi, pulunu ödədi. Mən otelin tekstil işlərinə baxıram, o an düşünə bilmədim ki, Zaurla son görüşümüzdür. Nə deyəcəyimi bilmirəm... Zaur Azərbaycana çox bağlı idi, imkan düşən kimi Qarabağdan danışırdı. Yaxşı ki, Zaur kimi birini tanıdım. Dünya Zaurlarla gözəldir” deyə -o bildirib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Zaur Dövlətov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Müşfiq Mirzə
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri