Icma.az
close
up
RU
MDU regionda ilk olaraq “Cisco Networking Academy”nin rəsmi tərəfdaşı statusunu qazanıb

MDU regionda ilk olaraq “Cisco Networking Academy”nin rəsmi tərəfdaşı statusunu qazanıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 may, AZƏRTAC

Mingəçevir Dövlət Universiteti (MDU) ilə informasiya texnologiyaları sahəsində dünya liderlərindən olan “Cisco Networking Academy” arasında rəsmi əməkdaşlıqla bağlı Niyyət protokolu imzalanıb. Universitet “Cisco NetAcad” proqramının rəsmi akademik tərəfdaşı statusunu qazanaraq, regionda informasiya texnologiyaları sahəsində qabaqcıl mövqeyini daha da möhkəmləndirib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, mayın 22-də rektor Anar Eminov “Cisco Networking Academy”nin Azərbaycanda rəsmi nümayəndəsi olan “NetLine Technology” MMC-nin icraçı direktoru Fərid Əmirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı tərəflər arasında əməkdaşlığın istiqamətləri və gələcək fəaliyyət planları ətraflı müzakirə olunub, yekunda tərəflər arasında Niyyət protokolu imzalanıb.

Niyyət protokolunda əməkdaşlığın məqsədi, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlıq əlaqələrinin qurulması, tələbə və müəllim heyətinin beynəlxalq səviyyəli təlim proqramlarına qoşulması və rəqəmsal bacarıqlarının artırılması kimi mühüm məsələlər yer alıb. Protokola əsasən, universitetdə “Cisco”nun tanınmış kursları, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarının fənn proqramlarının və sillabuslarının təkmilləşdirilməsi, o cümlədən kompüter şəbəkələri (CCNA), proqramlaşdırma (Python Essentials, C & C++ Essentials), sistem idarəetməsi (Linux Essentials), “Cloud Security”, mikroservislər və konteyner texnologiyaları, süni intellekt, məlumat elmi və kibergigiyena üzrə dərslərin MDU-da tədris edilməsi də nəzərdə tutulub.

Əməkdaşlıq çərçivəsində tələbələr “Cisco” tərəfindən təqdim olunan beynəlxalq səviyyəli tədris və vəsaitlərə, interaktiv tədris resurslarına, real və simulyativ laboratoriyalara çıxış əldə edəcəklər. “Cisco NetAcad” platforması tələbələrə qlobal əmək bazarında rəqabətədavamlı olmaq üçün beynəlxalq sertifikatlar əldə etmək, dünya şirkətləri ilə əlaqələr qurmaq və təcrübə proqramlarında iştirak etmək kimi üstün imkanlar təqdim edəcək.

MDU-nun müəllim heyəti “Cisco” tərəfindən təşkil olunan peşəkar təlimlərdə iştirak edərək, beynəlxalq səviyyədə tanınan “Instructor” statusu qazanacaq. Bu isə universitetdə tədrisin keyfiyyətini yeni səviyyəyə yüksəldilməsinə töhfə verəcək.

Tədbirin davamında universitetdə yeni yaradılan “Cisco” Tədris Mərkəzinin açılış mərasimi keçirilib. Qonaqlar Mərkəzdə yaradılan müasir tədris şəraiti ilə yaxından tanış olublar. Daha sonra universitetin Kibertəhlükəsizlik laboratoriyası və STEM Mərkəzinə baxış keçirilib və gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri