Icma.az
close
up
RU
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilib

Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilib

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə ustad dərslərinin keçirilməsi” adlı tədbir təşkil edib.

Moderator.az xəbər verir ki, tədbirdə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər iştirak edib. 

Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış zamanı keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayış şəraitinin qurulması kimi, məşğulluğunun təmin edilməsi də ön plandadır. Prezident İlham Əliyev məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayıb. İşğaldan azad edilən ərazilərin   yenidənqurulması zamanı müxtəlif müəssisələr də istifadəyə verilir ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğuna dəstək olur. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin sosial məsələlərlə bağlı müraciətlərini daim diqqət mərkəzində saxlayır, müsbət həlli üçün tapşırıqlar verir. 

Dövlət Komitəsi də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində onların məşğulluq məsələlərinin həll olunmasına dəstək verir. Bununla əlaqədar məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir. 

Tədbirdə öz sahəsində peşəkar olan mütəxəssislər tərəfindən iştirakçılara dərzi, bərbər, aşpaz və digər sahələrə aid ustad dərsləri keçirilib. 

Tədbirdə iştirak edən keçmiş məcburi köçkünlər onlara göstərilən dəstəyə görə təşəkkür edib. Tezliklə doğma yurdlarına qayıdıb, öyrəndikləri peşə bacarıqlarını orada quracaqları mikrobiznes sahələrində tətbiq edəcəklərini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see339

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see248

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see214

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see171

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see151

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see143

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see138

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see136

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see126

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see121

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see121

İşıqlar sönəndə sadəcə bunu sınayın

04 Sentyabr 2025 23:05see117

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see116

“Azərbaycan millisi İslandiya mətbuatının diqqətindədir” VİDEO

04 Sentyabr 2025 21:11see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri