Icma.az
close
up
RU
Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib FOTOLAR

Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması müzakirə edilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndələri ilə görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə işğaldan azad edilmiş ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlərin gəlir gətirən sahələr üzrə peşə təlimlərinə cəlb edilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri müzakirə olunub. Qonaqlara Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verilib.

Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, Qarabağa və Şərqi Zəngəzura qayıdışı başlanmış keçmiş məcburi köçkünlərin məşğulluğu, yeni yaşayış şəraitinə adaptasiyası və iqtisadi fəaliyyətə reinteqrasiyası mühüm vəzifələrdən biridir. Bu istiqamətdə Dövlət Komitəsi tərəfindən müxtəlif layihələr icra olunur, geri qayıdan əmək qabiliyyətli şəxslər üçün peşə təlimləri və məşğulluğa dəstək tədbirləri təşkil edilir. Keçmiş məcburi köçkünlərin qayıdışa hazırlanması prosesində digər dövlət qurumlarının iştirakı isə təqdirəlayiqdir.

TKTA-nın Hüquq Təminatı Departamentinin direktoru Vüqar Bağırlı keçmiş məcburi köçkünlərin kvalifikasiyasının tanınması, onların özünüməşğulluq imkanlarının artırılması, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də peşə təlimlərinə cəlb edilmiş şəxslərin sayı və imtahan prosesi barədə məlumat verib.

Daha sonra TKTA-nın Qeyri-formal və İnformal Təhsilin Tanınması Şöbəsinin müdiri Mansur Rəhimli təqdimatla çıxış edib. O, ölkəmizdə peşə təhsilinin cari vəziyyəti, formal təhsil ala bilməyən, lakin müxtəlif vasitələrlə peşə bacarıqları əldə edən şəxslərin peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinə keçmiş məcburi köçkünlərin cəlb edilməsinin əhəmiyyəti haqqında danışıb. TKTA tərəfindən verilən sertifikat və diplomların onların məşğulluq imkanlarının genişləndirilməsinə təsiri vurğulanıb.

Görüşdə keçmiş məcburi köçkünlərin əmək bazarına inteqrasiyası, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu sahədə əməkdaşlığın vacibliyi qeyd edilib.
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Fevral 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri