Icma.az
close
up
RU
“Məcburi köçkünü orada yaşamağa məcbur etməməliyik”

“Məcburi köçkünü orada yaşamağa məcbur etməməliyik”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Vətəndaşlarımızın çoxu Bakıya üz tutur. Bunun da bəzi səbəbləri var və biz o problemləri aradan qaldırmalıyıq. Azərbaycan yalnız Bakıdan ibarət deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Kənd yerlərindəki həyatı maraqlı etməli, şəhəri kəndə aparmalıyıq. Bu, ciddi bir məsələdir. Biz əgər həyəcan təbili çalmasaq, növbəti 10 ildən sonra kəndlərdə həyatın tamamilə dayandığını görəcəyik. Bu da yaxşı hal deyil”, - millət vəkili qeyd edib.

N.Həmzəyev əlavə edib ki, dövlətin məcburi köçkünlərə, qaçqınlara münasibəti əsas götürməlidir: “Onun üzərindən təşviq aparmalıyıq, ictimai məlumatlandırma etməliyik. Prezidentin çox az hallarda kövrək halını ekranda göstərdiyi olubsa, bu da məcburi köçkünlərlə əlaqədardır. Deyib ki, onlar çox ağır və məhrumiyyətli şəraitləri yaşayıblar. On illər ərzində yerli insanlarımızla hər şeyini itirmiş məcburi köçkünlər ətlə-dırnaq kimi bir-birinə bağlı yaşayıblar. Bu dövlət “torpaqları azad etməyəcək” deyənlər, indi də “o torpağı köçkünlərə verməyəcək” sözü ilə son dərəcə təhlükəli və qeyri-milli təbliğatın üzərindədirlər. Qayıdışla bağlı qanunvericilik sistemimiz formalaşmalıdır”.

Deputat də bu məsələyə münasibət bildirib: “Bu gün biz çox əziyyət çəkirik. Keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdır. Dövlət nə mümkündürsə, edir. Amma gəlin açıq danışaq, 20-30 il bundan qabaqki məcburi köçkünün yaşadığı həyat tərzi və sonrakı dövrdə yaşadığı həyat tərzi üst-üstə düşürmü? Yəni şəhərdə yaşayıb, böyüyüb və indi müasir dövrün tələblərinə cavab verən yerlərə qayıdır. Amma kənd həyatı onu qane etmir. Ona görə bu problemi də həll etməliyik. Biz məcburi köçkünü məcbur etməməliyik ki, get orada yaşa. Əgər yaşayırsa, onu o həyat tərzinə alışdırmalıyıq”.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri