Icma.az
close
up
RU
Məcburi köçkünü evindən çıxarmaq istəyən vətəndaş DTX adından TƏHDİD OLUNUR FOTOFAKT

Məcburi köçkünü evindən çıxarmaq istəyən vətəndaş DTX adından TƏHDİD OLUNUR FOTOFAKT

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

DTX əməkdaşı tərəfindən yazıldığı iddia olunan mesaj: “Sizə son xəbərdarlıqdır, əks təqdirdə olacaqlardan mən günahkar deyiləm”

Son zamanlar ölkədə səs-küyə səbəb olan xəbərlərdən biri də keçmiş məcburi köçkünün ev sahibindən pul tələb etməsi olmuşdu. İlk dəfə “Hürriyyət”də işıq üzü görən bu məlumat cəmiyyədə ciddi rezonans doğurdu.

Doğrudur, bu məsələyə fərqli yanaşmalar oldu. Yəni insanlar sanki 2 yerə bölündü. Belə ki, həmin məcburi köçkünü müdafiə edən də, onu qınayan da oldu. Hətta bizim saytı da qınayanlar oldu ki, reytinq xatirinə bu səs yazısını yaymışıq.

Əlbəttə, bu məlumatın və səs yazısının yayılmasına qarşı çıxanlar əsasən keçmiş məcburi köçkünlər oldu. Təəssüf ki, bizi qınayanların bəziləri də elə səsi yayılan xanım kimi, yerli sakinin evini mənimsəyənlər idi.

Halbuki, evi mənimsənilən Verdiyev Alik Vəkil oğlu başqa müraciət edəcək qurum qalmadığından, bu addımı atmışdı. Qadının səsini yazıb, bəlkə bu vasitə ilə onları evdən çıxara biləcəklərini hesab edirdi. Amma, necə deyərlər, “sən saydığını say, gör fələk (burda Mehriban – red.) nə sayır”.

Maraqlıdır ki, səsi yayılan Hüseynova Mehriban Qüdrət qızı hələ də ev sakinini təhdid edir. Hansı ki, o, bundan əvvəl “Heç kəs məni bu evdən çıxara bilməz. Mən çıxsam belə, baldızım çıxmayacaq. Baldızım və qızı başınıza oyun açacaq. Görəcək günləriniz hələ qabaqdadır. Bizim arxamızda vəzifəli şəxslər durur”, - demişdi. Sən demə, Mehriban Hüseynova bu sözləri heç də boşuna səsləndirmirmiş.

Belə ki, iki gün əvvəl, yəni 06.09.2025-ci il tarixində Verdiyev Alik Vəkil oğlunun anası Səlminaz Verdiyevanın telefonuna 077-523-37-** nömrəsindən mesaj daxil olur. Özünü “DTX əməkdaşı” kimi təqdim edən səsli mesajının stenoqramını olduğu kimi dərc edirik:

“Salam. Sizi narahat edən DTX əməkdaşıdır. Siz kimsiz ki, İbrahimova Səyyarəni evdən çıxarırsız? Bu, sizə son xəbərdalığımdır. Əks təqdirdə, mən günahkar deyiləm”.

Qeyd edək ki, bu mesajda adı çəkilən Səyyarə İbrahimova Mehriban Hüseynovaın baldızıdır. Həmin baldız ki, o, telefonda Səlminaz xanıma “bura gəlsəniz, baldızım sizi şaqqalayar”, - demişdi.

Maraqlıdır ki, geniş ictimai qınağa rəğmən, qarşı tərəf hələ də ev sahibini təhdid və təhqir etməyə davam edir. Əlbəttə, şübhə yoxdur ki, o mesajı yazan DTX əməkdaşı ola bilməz. Görünür, kimsə ev sahibini DTX-nın adı ilə çəkindirməyə, qorxutmağa çalışır. Yəqin, insanlar qanunlarımızda olan boşluğu görüb, vəzifəli şəxslərin adından istifadə hallarını çoxaldıblar.

Belə çıxır ki, icra məmuru da elə bu “DTX əməkdaşı”ndan çəkinir. Ona görə deyib ki, mən onlardan qorxuram.

Hörmətli səlahiyyətli qurumlar, hüquq-mühafizə orqanları, nəyi gözləyirsiniz? Belə getsə, biri öldürəcək, digəri öləcək, bu zaman müdaxilə edəcəksiz?

Adı, soyadı bizə bəlli olmayan, özünün mesajda yazdığı kimi - “DTX əməldaşı”nın əlaqə nömrəsinə artıq zəng çatmır. “Whatsapp” mesajlarını isə oxuyub, cavab vermir.

P.S. Hörmətli Ədliyyə naziri Fərid müəllim, icra məmurları işini icra etmədikdə biz jurnalistlər və zərəçəkənlər sizin qurumla əlaqə saxlaya bilmirlər. Başa düşürük, bu, sizing üçün maraqlı deyil. Amma bilin ki, insanlar əziyyət çəkir. Ədliyyə Nazirliyi məsələni həll edə bilmirsə, niyə bir sənəd vermir? Bu məsələdə icra məmuru Mirelnur Musəvinin və rəisinin marağı nədir? Axı o, nə üçün nə bizim, nə də şikayətçinin zənglərinə cavab vermir.

Jalə FAMİLQIZI

Redaksiyadan: Aidiyyəti qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri