Icma.az
close
up
RU
“Məcburiyyət olan yerdə dini ehkamlar sıradan çıxmağa başlayır”

“Məcburiyyət olan yerdə dini ehkamlar sıradan çıxmağa başlayır”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“İranda hicabla bağlı məcburiyyətin aradan götürülməsi İranın siyasi, dini rəhbərliyinin yekdil qərarı kimi dəyərləndirilə bilər. Son dövrlər İranda baş verən hadisələr vəziyyəti gərginləşdirirdi. Həmçinin hesab edirəm ki, Pezeşkianın hakimiyyətə gəlməsindən sonra idarəetmədə formalaşan yeni komanda daha rasional düşünməyi bacarır. Pezeşkianın da hicabla bağlı açıqlaması oldu. Yəni bu, onu bildirməkdir ki, insanın qarşısında məcburiyyət qoymaq doğru deyil”.

Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Samir Hümbətov söyləyib.

Politoloq əlavə edib ki, əgər bir insan həqiqətən də dini sevirsə və şəriət qaydaları ilə yaşamaq istəyirsə, onu məcbur etsən də, etməsən də o cür yaşayacaq: “Əgər o, şəriət qaydaları ilə yaşamaq istəmirsə, həmin qaydalardan maksimum uzaq olacaq. Məcburiyyətlərin olması mövcud durumda insanları qoyulan qadağadan, məcburiyyətdən uzaqlaşdırır, onu bir növ daxili qadağalara çevirir. Ona görə də düşünürəm ki, Pezeşkianın qərarı daha rasionaldır. O, düşünür ki, insanlar seçimində, dini etiqat azadlığında sərbəst olmalıdır, kimsə onları məcbur etməməlidir. Əlbəttə ki, hicab taxanlar yenə taxacaq, ibadət edənlər yenə də buna davam edəcək. Yəni bu, məcburiyyətlə mümkün deyil. Məcburiyyət olan yerdə artıq dini ehkamlar sıradan çıxmağa başlayır və yavaş-yavaş artıq əks refleks formalaşır”.

S.Hümbətovun bildirdiyinə görə, islami baxımından yanaşdıqda hicab məsələsində hər kəsin öz seçiminin olduğunu düşünürəm: “Hansı formada yaşayacağı qərarını insanlar özləri verməlidir. Təbii ki, islamın, şəriətin qaydası hicabın olmasıdır. Amma dində də məcburiyyət olmadığını nəzərə alsaq insanların bu məsələdə seçiminə hörmət edilməsinin vacib olduğunu nəhayət ki, İranda kim və ya kimlərsə yavaş-yavaş başa düşməyə başlayırlar”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri