Icma.az
close
up
RU
Məclislərdə zəhərlənmə qorxusu: Nəyi yeyək, nəyi yeməyək?

Məclislərdə zəhərlənmə qorxusu: Nəyi yeyək, nəyi yeməyək?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə Azərbaycanda məşhur şadlıq saraylarından birində baş verən kütləvi zəhərlənmə hadisəsi gündəm oldu. Zəhərlənənlərin sayının 51 nəfərə çatması insanları ciddi şəkildə narahat etdi. Çünki biz azərbaycanlılar üçün toylar, ad günləri, nişanlar və digər ailəvi məclislər təkcə əyləncə yox, eyni zamanda ənənə, dəyər və həyat tərzidir. Lakin belə hadisələr göstərir ki, bu gözəl anlar bəzən təhlükəyə çevrilə bilər. Bəs belə hallardan necə sığortalanmaq olar?

İkili nəzarət mexanizmləri

Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, biznes subyektləri, restoranlar və şadlıq sarayları gigiyena və qida təhlükəsizliyi qaydalarına tam riayət etməli, personalın hazırlığına və məhsulun keyfiyyətinə xüsusi diqqət yetirməlidirlər: “Maarifləndirmə əsas şərtdir. Biznes sahiblərinə bu istiqamətdə metodiki materiallar təqdim olunmalı, maarifləndirici sessiyalar, təlimlər təşkil edilməlidir. Çünki dövlət qurumlarının mütəmadi yoxlamalar aparması, cərimələr tətbiq etməsi həll yolu deyil. Nəzarət mexanizmləri də ikili olmalıdır - ilkin mərhələdə məlumatlandırma və dəstək, ikinci mərhələdə isə ciddi nəzarət və qiymətləndirmə sistemi qurulmalıdır. Belə olarsa, həm biznesin keyfiyyətli xidmət göstərməsi, həm də vətəndaşların təhlükəsizliyi təmin oluna bilər”.

Zəhərlənmə riskini artıran amillər

Mütəxəssis bildirir ki, şadlıq sarayları və restoranlar yalnız xidmət təqdim edən kommersiya qurumları deyil, həm də ictimai məsuliyyət daşıyan müəssisələrdir. Bu müəssisələrdə hazırlanan və təqdim olunan qidalar yüzlərlə insanın sağlamlığına birbaşa təsir göstərir: “Qida təhlükəsizliyi və sanitariya qaydaları isə bu sahədə əsas prioritet olmalıdır. Şadlıq saraylarında çalışan personalın peşəkarlığı birbaşa qida təhlükəsizliyinin təmin olunmasına təsir edir. Təəssüf ki, bir çox müəssisələrdə çalışan işçilər sanitariya və gigiyena qaydaları haqqında ya məlumatsızdır, ya da bu qaydalara riayət etmirlər. Kütləvi tədbirlərin keçirildiyi müəssisələrdə mətbəxlər fasiləsiz fəaliyyət göstərir. Toy mövsümlərində sifarişlərin sayı artır və bu, iş yükünün artmasına səbəb olur. Mətbəx personalının daim təzyiq altında işləməsi, bəzi hallarda qalan məhsulların növbəti tədbirdə yenidən istifadə olunması zəhərlənmə riskini artırır”.

Bu restoranlarda zəhərlənmə təhlükəsi aşağıdır

S.Dübəndiyə görə, digər risk faktoru təchizat zəncirinin düzgün qurulmaması və məhsul keyfiyyətidir: “Təchizat zəncirindəki boşluqlar əsas risk mənbələrindəndir. İstifadəyə verilən məhsulların keyfiyyəti, saxlama şəraiti və tədarük prosesi tam nəzarət altında olmalıdır. Əks halda, xarab və istifadəyə yararsız məhsulların mətbəxə daxil olması qaçılmazdır. “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün üstünlükləri var. Bu sistemin tətbiq olunduğu restoranlarda zəhərlənmə təhlükəsi aşağı olur”.

“Yay aylarında qida zəhərlənməsi daha çox olur”

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “Kaspi”yə açıqlamasında bildirdi ki, yay aylarında, xüsusilə şadlıq saraylarında qida zəhərlənmələrinin sayı çox olur: “Yüksək temperatur rejimi ərzaq məhsullarının saxlanma və hazırlanma prosesinə birbaşa təsir edir. Xüsusilə soyuducuda saxlanılmalı olan qidaların açıq hava şəraitində uzun müddət qalması, onların tərkibində kimyəvi və bioloji dəyişikliklərin baş verməsinə, nəticədə isə qida zəhərlənməsinə səbəb olur. Kütləvi məclislərdə çoxlu sayda insan üçün hazırlanan qidaların uzun müddət əvvəl bişirilməsi və düzgün şəraitdə saxlanmaması riski daha da artırır”.

Yüksək risk qrupu - mayonezli salatlar

Mütəxəssis vurğulayır ki, zəhərlənmə hallarının böyük əksəriyyəti yüksək risk qrupuna aid qidalardan baş verir: “Bu qrupa ilk növbədə mayonezli salatlar daxildir. Çünki onların tərkibində bişirilmiş tərəvəzlər, zülal tərkibli ət məhsulları, ən təhlükəlisi də - mayonez olur. Bu qidalar açıq havada qaldıqda, insan orqanizmində ciddi fəsadlar yaradır. Təəssüf ki, məclislərdə salatlar çox zaman bir neçə saat əvvəldən hazırlanır və masalara düzülür. Bu da onların xarab olmasına və zəhərlənməyə səbəb olur. İstifadə olunan mayonezlər də açıldıqdan sonra soyuducuda saxlanmalıdır. Bəzən restoranlarda böyük qablaşdırmada alınan mayonezlər uzun müddət istifadə olunur. Bu da təbii olaraq, zəhərlənmə riskini artırır”.

Həssas orqanizmlər üçün təhlükəli qidalar

M.Hüseynova bildirir ki, uyğun olmayan yeməklərin qarışdırılması da insan orqanizmində fəsadlar yaradır: “Toy və digər məclislərdə təqdim edilən yeməklər arasında çox vaxt bir neçə növ ət, qızartmalar, əvvəlcədən bişirilmiş yeməklər olur. Belə hallarda, xüsusilə yağda qızardılmış və ya bir neçə gün əvvəl hazırlanmış ət məhsulları həssas orqanizmlər üçün təhlükə yaradır. Bu, immun sistemi zəif, xroniki xəstəliyi olan, uşaq və yaşlı insanlarda daha ağır nəticələrə səbəb ola bilər. Üstəlik, bu qidaların qazlı və ya rəngli içkilərlə birlikdə qəbulu vəziyyəti daha da ağırlaşdırır. Çünki bu içkilərin tərkibində olan kimyəvi qatqılar mədədəki problemləri dərinləşdirir və zəhərlənmə riskini artırır”.

Restoranda zəhərlənməmək üçün nə etməli?

İnsanlar tez-tez toy və ya yas məclislərdən sonra mədə ağrısı, baş ağrısı kimi şikayətlərlə üzləşirlər. M.Hüseynovanın sözlərinə görə, bu da qəbul olunan qidalarla bağlıdır: “Bu simptomlar, əsasən, ya düzgün saxlanılmayan qidaların qəbulundan, ya da uyğun olmayan qidaların qarışdırılmasından qaynaqlanır. Ziyafət məclislərində zəhərlənmədən qorunmaq üçün yay aylarında mayonezli və ağır salatlardan uzaq durmalı, təzə bişmiş və süfrəyə bişən kimi təqdim olunan yemək seçimi etməli, az yağlı və daha yüngül qidalara üstünlük verilməlidir. Rəngli və qazlı içkilər əvəzinə, təbii içkilər və ya adi su seçilməlidir”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri