Icma.az
close
up
RU
Məclislərdə nə yeyək ki, zəhərlənməyək? Mütəxəssis DANIŞIR

Məclislərdə nə yeyək ki, zəhərlənməyək? Mütəxəssis DANIŞIR

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, İmişli rayonunda toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bakıvaxtı.az xatırladır ki, zəhərlənmə şübhəsi ilə 69 nəfər (32-si kişi, 37-si qadın olmaqla, ümumilikdə 12-si uşaq) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Təəssüf ki, belə hadisələr ilk dəfə baş vermir və sonuncu da olacağına təminat yoxdur. Bundan əvvəl də ölkənin müxtəlif bölgələrində kütləvi zəhərlənmə halları qeydə alınıb.

Bəs, insanlar bu cür halların qarşısını almaq üçün nəyə diqqət etməlidirlər?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Aynur Heydərova bildirib ki, qida zəhərlənmələri bakteriyalar, onların toksinləri, viruslar, parazitlər və kimyəvi maddələrlə çirklənmiş qida və suyun qəbulundan yaranan xəstəliklərdir.

Onun sözlərinə görə, qida zəhərlənmələri bütün fəsillərdə baş verə bilər, lakin xüsusilə isti aylarda bu hallara daha tez-tez rast gəlinir. Müsahibimiz izah edib ki, +5°C ilə +68°C temperatur aralığında bakteriyalar qida məhsullarında sürətlə çoxalır və yayılır. Bu səbəbdən həmin interval təhlükəli zona adlandırılır və məhz bu amil yay aylarında qida zəhərlənmələrinin artmasına səbəb olur:

“Ona görə bəzi qida məhsullarına daha diqqətlə yanaşılmalı və qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlanılmalıdır”.

Qida mənşəli xəstəliklərə hər kəsin yoluxa biləcəyini deyən A.Heydərova əlavə edib ki, uşaqlar, hamilələr, yaşlılar və imun sistemi zəif olanlar bu xəstəliklərə daha həssasdır.

Aynur Heydərova: Qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlanılmalıdır

AQTİ rəsmisi nəzərə çatdırıb ki, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır.

“Son istifadə müddəti keçən, qoxusu, rəngi dəyişən, kiflənən, eyni zamanda aşkar dağılma, çürümə əlamətləri olan qida məhsullarının qəbul etməmək tövsiyə olunur. Qaynadılmamış süd və süd məhsullarından istifadə etmək tövsiyə olunmur. Qutusu zərər görən və ya qapağı boşalan, qabı şişən konserva məhsullarını istifadə etmək məsləhət deyil. Meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra istifadə etmək lazımdır. Ət, toyuq, balıq, süd məhsuları kimi tez xarab olan qidaları uyğun müddətdə və temperaturda bişirmək tövsiyə olunur”.

A.Heydərova onu da vurğulayıb ki, ümumiyyətlə yeməkləri günlük olaraq hazırlamaq lazımdır:

“Yəni artıq qalmış yeməkləri bir dəfədən artıq isitməmək şərtiylə istehlak etmək məsləhətdir. Yeməkləri hazırlıyarkən, bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etmək və əlləri yaxşıca yumaq əsas məsələlərdən biridir”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri