Icma.az
close
up
RU
Məcnun Məmmədov: Azərbaycanın su ehtiyatlarının 70% dən çoxu ölkədən xaricdə formalaşır

Məcnun Məmmədov: Azərbaycanın su ehtiyatlarının 70% dən çoxu ölkədən xaricdə formalaşır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ölkəmizdə təqribən 1.4 milyon hektar suvarma sahəsi mövcuddur. 2023-cü il üzrə suvarılan sahələrin 4%-i, bu günə isə təxminən 11%-i müasir suvarma ilə təmin olunub".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib.

O vurğulayıb ki, Azərbaycanın su ehtiyatlarının 70%-dən çoxu ölkədən xaricdə formalaşır:

"Beynəlxalq Təbii Ehtiyatlar İnstitutunun 2040-cı il üçün hazırladığı hesabatda quraqlıqdan əziyyət çəkəcək 33 ölkə siyahısında Azərbaycan 18-ci yerdə qərarlaşıb. Bu şərtlər içərisində biz siyasətimizi formalaşdırmağa çalışırıq. Eyni zamanda bu gün nə kimi dəyişiklik edə biləcəyimizi müəyyənlədiririk ki, 5-10 və daha uzun illər sonra çox ciddi su qıtlığı ilə üzləşməyək.

Ölkəmizdə təqribən 1.4 milyon hektar suvarma sahəsi mövcuddur. 2023-cü il üzrə suvarılan sahələrin 4%-i, bu günə isə təxminən 11%-i müasir suvarma ilə təmin olunub. Hesab edirəm ki, bu göstərici çox aşağıdır. Ona görə də biz bu istiqamətdə daha çox təşviqlər irəli sürməliyik, fermerləri daha çox maraqlandırmalıyıq. Maddi baxımdan dövlət fermerlərə yetərincə subsidiya dəstəyi verir".

Nazir bildirib ki, son 6 ildə Azərbaycanda müasir suvarma sistemləri üzrə təxminən 40 min hektardan artıq sahə təmin edilib:

"Sadəcə bu ilin 6 ayı ərzində isə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2 min hektardan artıq sahənin müasir suvarma altına gətirilməsi maliyyələşdirilib.

Fermerlər üçün bizim dövlət olaraq göstərdiyimiz dəstək, ana mexanizm müasir suvarmanı və kənd təsərrüfatı mexanizmlərinin, qurğularının, avadanlıqlarının subsidiyalaşdırılması və maliyyələşdirilməsidir. Bu gün çox əminliklə deyə bilərəm ki, dünyada bunun alternativi, demək olar ki, yoxdur".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri