Icma.az
close
up
RU
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ ÜZƏ... FAKT BUDUR!

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ ÜZƏ... FAKT BUDUR!

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Azərbaycanda ət məhsullarının qiymətindəki artım, ölkənin kənd təsərrüfatı və heyvandarlıq sektorunda baş verən struktur dəyişikliklərin nəticəsidir. Buna görə də ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı kəskin azalıb, ət idxalı artıb.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Sitat.info-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, əsas səbəb örüş sahələrinin yetərsiz olmasıdır: "Bu suala cavab tapmaqdan ötrü səbəblərə baxmaq lazımdır. Azərbaycanda ət istehsalının azalmasının əsas səbəbi örüş sahələrinin məhdudlaşdırılmasıdır. Azərbaycanda otlaq sahələri onsuz da məhdud idi, amma 2000-ci illərdən etibarənhəmin sahələrin bir hissəsi bələdiyyələrin balansına keçdi. Bələdiyyələr onları satdı, örüş yerləri daraldı. Bunun ardınca 2015-ci ildə ölkədə pambıq strateji məhsul elan edildi. Qalan örüşlərin su tutarlarında pambıq əkməyə başladılar. Dövlət fondunda olan torpaqlarda geniş pambıq tarlaları salındı və pambıq istehsalı genişlənməyə başlandı. Ardınca aqroparklar yarandı. Aqroparklar da həmçinin dövlət fonduna aid olan örüş sahələri ərazisində yaradıldı. Nəticədə heyvandarlıq küncə sıxışdırıldı. Bununla da ət istehsalı ildən-ilə azalmağa başladı".

A.Nəsirli vurğuladı ki, bütün bu proseslər həm də qiymət artımına gətirib çıxardı: "Bu həm də maya dəyərinin bahalaşmasına gəlib çıxdı. Yəni, otlaq sahələri olanda örüşdə bəslənən heyvanlar daha az maliyyə tələb edirdi, daha aşağı maya dəyərinə malik olurdu. Ona görə də ət və ağartı məhsullarının qiyməti də ucuz olurdu. Sonradan örüş sahələri azaldı, yem bahalaşdı və bu səbəbdən ət bahalaşmağa başladı. Ardınca ölkədə yem bazasının formalaşdırılması üçün başlıca vasitə olan dizel yanacağının qiyməti bahalaşdı, son 10 ildə 5 dəfə artaraq 20 qəpikdən 1 manata qalxdı. Bu bahalaşma da yenə yem bazasının maya dəyərinin artmasına gətirib çıxarır. İndi düşünürəm ki, Azərbaycan höküməti ət istehsalını artırmaqdan ötrü və yaxud sabitləşdirməkdən ötrü bütün bu edilənləri geri çevirməlidir. Bu dövrdə isə ətin qiyməti yəqin ki, Azərbaycanda Avropadakından baha olacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri