Icma.az
close
up
RU
Məcnun Məmmədov iclas keçirdi Bəzi məsələlər müzakirə edildi

Məcnun Məmmədov iclas keçirdi Bəzi məsələlər müzakirə edildi

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək məqsədilə yaradılan və ölkənin aqrar sektorunun ən iri şirkətlərini birləşdirən “Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də müxtəlif şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi ölkədə heyvandarlıq sektorunun mövcud vəziyyətini təhlil etmək, bu sahədə çağırışların və inkişaf istiqamətlərini müzakirə etmək, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və sahibkarlar üçün yeni imkanların müəyyənləşdirilməsi olub.

Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə heyvandarlıq sektorunun strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsalın artırılması və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Nazir bildirib ki, dövlət tərəfindən həyata keçirilən proqramlar, subsidiya mexanizmləri, investisiya layihələri və fermerlərə göstərilən dəstək heyvandarlıq sektorunun davamlı inkişafına yönəlib.

Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin, innovativ yanaşmaların tətbiqinin və beynəlxalq təcrübədən faydalanmanın sektorun inkişafında əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Tədbir çərçivəsində kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev “Heyvandarlıq sektorunun inkişafı üzrə dövlət siyasəti: Hədəflər və imkanlar” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda heyvandarlıq sahəsinə göstəriləcək dövlət dəstəyi, planlaşdırılan proqramlar və inkişaf hədəfləri barədə məlumat verilib. Daha sonra “Qoç ət” MMC-nin təsisçisi Sənan Təhməzov “Heyvandarlıq sektorunun inkişafına dair təkliflər” mövzusunda təqdimatla çıxış edib. O, heyvandarlıq sahəsində  özəl sektorda mövcud vəziyyət, çətinliklərin həlli yolları və dövlətlə əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflərini səsləndirib. Tədbir iştirakçıları heyvandarlıq sektorunun mövcud çağırışları, beynəlxalq təcrübənin tətbiqi imkanları, dövlət dəstək mexanizmlərinin təkmilləşdirilməsi və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri