Mədə xərçəngi riskini artıra bilən qidalar hansılardır?
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mədə xərçəngini erkən mərhələdə aşkarlamaq çətin ola bilər. Çünki xəstəliyin əlamətləri bəzən daha az təhlükəli problemlərlə qarışdırılır. Böyük Britaniya həkimləri isə bəzi qidalanma vərdişlərinin bu xəstəliyin riskini artıra biləcəyinə diqqət çəkirlər.
Moderator.az “Express” nəşrinə istinadən xəbər verir ki, xüsusilə duzlu və turşuya qoyulmuş tərəvəzlərin həddindən artıq istehlakı mədə xərçəngi riski ilə əlaqələndirilir.
Yaponiya Milli Xərçəng Mərkəzinin 40 min orta yaşlı insanın iştirakı ilə apardığı və 11 il davam edən araşdırmada yüksək duzlu qidalarla mədə xərçəngi arasında əlaqə aşkarlanıb. Tədqiqatda duzlu balıq və turşuya qoyulmuş tərəvəzlər kimi məhsulların istehlakı araşdırılıb.
Mədə xərçənginin digər risk amilləri arasında artıq çəki, piylənmə, meyvə və tərəvəzin az yeyilməsi, emal olunmuş qidalarla zəngin qidalanma, siqaret çəkmək və alkoqoldan həddindən artıq istifadə də var.
Mədə xərçənginin mümkün əlamətlərinə davamlı mədə ağrısı, ürəkbulanma və qazın artması daxildir. Bu əlamətlər başqa xəstəliklər zamanı da yarana bildiyindən, davamlı şikayətlər olduqda həkimə müraciət etmək vacibdir.
Mütəxəssislər xəstəlik riskini azaltmaq üçün balanslı qidalanmağı, duz qəbulunu məhdudlaşdırmağı və sağlam həyat tərzinə riayət etməyi tövsiyə edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 23 Oktyabr 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















