Icma.az
close
up
RU
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti tərəfindən həyata keçirilən “Azərbaycanda mədə xərçəngi ilə bağlı erkən diaqnostikanın təşviqi” layihəsi çərçivəsində Bakıda maarifləndirmə aksiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən aksiyanın əsas məqsədi əhali arasında mədə xərçəngi və onun erkən diaqnostikasının əhəmiyyəti barədə məlumatlılığı artırmaq, xəstəliklə bağlı maarifləndirməni gücləndirmək və onkoloji xəstəliklərlə mübarizəyə ictimai dəstək göstərməkdir.

Bakı Metropoliteninin “Koroğlu” stansiyasında təşkil olunan aksiyanın ilk günü ekspert onkoloqlar və layihənin icraçı komandası vətəndaşlara mədə xərçənginin erkən aşkarlanmasının həyati əhəmiyyəti barədə ətraflı məlumat verib, onları xəstəliyin risk amilləri və diqqət yetirilməli əlamətləri ilə tanış ediblər. Həmçinin ekspertlər vətəndaşları maraqlandıran sualları cavablandırıb, maarifləndirici bukletlər paylanılıb. Vətəndaşlar maarifləndirici təşəbbüsə görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Layihə çərçivəsində hazırlanan məlumatlandırıcı materialların cəmiyyətin rəsmi veb-saytı və sosial media resursları vasitəsilə müxtəlif dillərdə ictimaiyyət üçün əlçatanlığı da təmin edilib. Bu yanaşma maarifləndirmə mesajlarının daha geniş auditoriyaya çatdırılmasına və erkən diaqnostikanın əhəmiyyətinin cəmiyyətdə təşviqinə xidmət edir.

Layihənin əsas hədəflərindən biri mədə xərçəngindən ölüm hallarının azaldılmasına töhfə vermək, xəstəliyin erkən aşkarlanmasının vacibliyi barədə ictimai fərqindəliyi artırmaq və dövlətin səhiyyə siyasəti, eləcə də onkoloji xəstəliklərlə mübarizə strategiyasının həyata keçirilməsinə dəstək göstərməkdir.

Qeyd edək ki, mədə xərçəngi mədənin daxili səthini örtən vəzili hüceyrələrdən inkişaf edən bədxassəli şişdir. Mədə xərçəngi hallarının təxminən 95 faizini təşkil edən bu növ xəstəlik dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılmış onkoloji problemlərdən biridir.

Qlobal Xərçəng Rəsədxanasının təqdim etdiyi statistik məlumatlara əsasən, Azərbaycan mədə xərçənginin yayılma səviyyəsinin yüksək olduğu coğrafi bölgədə yerləşir. Həmin məlumatlarda mədə xərçəngi ölkəmizdə rastgəlmə tezliyinə görə üçüncü, xərçənglə əlaqəli ölüm hallarına görə isə ikinci yerdə göstərilir.

Xəstəliyin yaranma riskini artıran amillər arasında Helicobacter pylori infeksiyası, siqaret və digər tütün məhsullarından istifadə, duzlu və hisə verilmiş qidaların həddindən artıq qəbulu, ailə üzvlərində mədə xərçənginin olması, uzunmüddətli mədə xəstəlikləri və digər səbəblər yer alır.

Xəstəliyin erkən mərhələlərdə çox vaxt nəzərəçarpan əlamətlər verməməsi onun vaxtında aşkarlanmasını çətinləşdirə bilər. Qarnın yuxarı hissəsində davamlı ağrı və diskomfort, iştahanın azalması, səbəbsiz çəki itkisi, tez toxluq hissi, şişkinlik, ürəkbulanma, qusma, davamlı həzm problemləri, ümumi halsızlıq, yorğunluq, nəcisdə qan və ya qara rəngli nəcis diqqət yetirilməli əlamətlərdəndir.

Mədə xərçənginin müalicə yanaşması şişin yerləşdiyi nahiyə, xəstəliyin mərhələsi və molekulyar xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir. Xüsusilə xəstəliyin metastatik mərhələsində biomarkerlərin nəticələri müalicə seçiminə birbaşa təsir göstərə bilər.

Mütəxəssislərə vaxtında müraciət etmək, uzun müddət davam edən mədə narahatlıqlarını diqqətdən kənarda qoymamaq və həkim tövsiyə etdikdə endoskopik müayinədən keçmək xəstəliyin erkən aşkarlanması baxımından mühüm əhəmiyyət daşıyır. Sağlam və balanslı qidalanma, tütün məhsullarından uzaq durmaq, mədə xəstəliklərini vaxtında müalicə etdirmək və risk qrupunda olan şəxslərin profilaktik müayinələrə diqqət yetirməsi də vacibdir.

Mədə xərçəngi ilə mübarizədə maarifləndirmə və erkən diaqnostika əhalinin sağlamlığının qorunması baxımından mühüm rol oynayır. Layihə çərçivəsində keçirilən aksiya da cəmiyyətdə bu istiqamətdə məlumatlılığın artırılmasına və insanların sağlamlıqlarına daha məsuliyyətlə yanaşmasına töhfə verməyi hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri