Icma.az
close
up
RU
Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb

Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb

Icma.az, Olay.az portalına istinadən məlumat verir.

Adil Kərimli Bişkekdə qırğız həmkarı ilə görüşüb

Aprelin 21-də Qırğızıstan  Milli Tarix Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambataliyev arasında ikitərəfli görüş keçirilib. 

OLAY yazır  ki, nazir Adil Kərimli Bişkekdə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Qırğızıstana səfər edib.

Azərbaycanlı həmkarını səmimi salamlayan Mirbek Mambataliyev iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib.

O, ötən ilin aprel ayında Bakıda Qırğız Mədəniyyəti Günlərinin yüksək səviyyədə gerçəkləşməsinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Nazir Adil Kərimli çıxışında Azərbaycan Mədəniyyəti Günləri ilə bağlı Bişkekə gəlmiş nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə qırğız həmkarına təşəkkür edib.

Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələr uğurla inkişaf edir. Dövlət başçılarımızın səmimi dostluq münasibətləri, son illərdə intensiv xarakter alan qarşılıqlı rəsmi səfərlər mədəni əməkdaşlıq üçün də geniş perspektivlər açır.

Adil Kərimli ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun işğaldan azad olunmuş Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak etmələrini iki ölkənin dostluq və qardaşlığının daha bir göstəricisi olduğunu deyib. Bildirib ki, inşası davam edən bu təhsil ocağı Qırğızıstan dövlətinin Azərbaycan xalqına çox qiymətli hədiyyəsidir.

Qeyd olunub ki, Azərbaycan ilə Qırğızıstan arasında mədəni əlaqələr həm Türk dünyasının əməkdaşlıq təşkilatları - TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Akademiyası çərçivəsində, həm də ikitərəfli formatda inkişaf edir.

Nazir 2024-cü ildə ölkəmizdə Qırğız Mədəniyyəti Günlərini və bu yaxınlarda Toktobolot Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının Bakıda “Dədə Qorqud” tamaşasını nümayiş etdirməsini əhəmiyyətli mədəniyyət hadisələri kimi səciyyələndirib.

Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Azərbaycan tərəfi teatr, kinematoqrafiya, kitabxana  və digər sahələr üzrə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Nazir Mirbek Mambataliyev öz növbəsində mədəniyyətin bütün sahələri üzrə əməkdaşlığın inkişafı üçün davamlı səy göstərəcəklərini diqqətə çatdırıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin nazirlər Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair 2025 - 2026-cı illər üçün praktiki tədbirlər planını imzalayıblar. 

Sənəddə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, teatr, kinematoqrafiya və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı müddəalar yer alıb.

İmzalanma mərasimindən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Daha sonra nazir Adil Kərimli Qırğızıstan Milli Tarix Muzeyi ilə tanış olub. 

100 il öncə təsis edilən muzeyin tarixi, ekspozisiya zalları və fondu barədə ətraflı məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://olay.az
archiveBu xəbər 21 Aprel 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri