Icma.az
close
up
RU
Mədəniyyət naziri teatr xadimləri ilə geniş tərkibdə görüş keçirdi

Mədəniyyət naziri teatr xadimləri ilə geniş tərkibdə görüş keçirdi

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Mədəniyyət naziri Adil Kərimli ilə Akademik Milli Dram Teatrının kollektivi arasında geniş tərkibli görüş keçirilib.

Bakıvaxt.az xəbər verir ki, görüş aprelin 16-da olub.

Görüş ilə bağlı fikirlərini Bakıvaxtı.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, görüş dörd saata yaxın davam edib və olduqca səmimi, məhsuldar keçib:

“Əvvəlcə cənab nazirə təşəkkür edirəm ki, işlərinin çox olduğu vaxtda, gərgin qrafikə baxmayaraq, bizim kollektivlə görüşmək üçün vaxt ayırdı. Görüş dörd saata yaxın davam elədi. Bu, cənab nazirin və onun komandasının Azərbaycan teatr mədəniyyətinə, Akademik Milli Dram Teatrının kollektivinə verdiyi dəyərin göstəricisidir. Çox səmimi atmosferdə görüş keçirildi. Bu gün də kollektivimizin əksər üzvləri görüşün səmimi və isti keçirilməsindən danışır. Müxtəlif məsələr müzakirə olundu. Müasir teatrın problemləri nədir, Akademik Milli Dram Teatrında hansı problemlər var mövzusu ətrafında danışdıq, müzakirələr apardıq. Cənab nazirin səslənən fikirlərlə bağlı çox ətraflı izahı oldu. Təkliflərin əksəriyyətini doğru hesab elədi və qəbul elədi. Söylədi ki, təkliflər üzərində iş aparılacaq”. 

Nurəddin Mehdixanlı- Azərbaycanın teatr və kino aktyoru

Nurəddin Mehdixanlı əlavə edib ki, kollektivin hər bir üzvünə öz fikrini izah etmək üçün şərait yaradılmışdı:

“Cənab nazir dəfələrlə müraciət elədi ki, daha kimin sözü, sualı var. Kim istədisə, onlar danışdılar. Düşünürəm ki, bu görüş teatrımıza ciddi təsir edəcək, dönüş nöqtəsi olacaq. Hər kəs burdan özü üçün ciddi nəticə çıxaracaq. Bu da, əlbəttə ki, Azərbaycan teatr mədəniyyətinin inkişafına səbəb olacaq. Biz 21-ci əsrdə yaşayırıq. Texnologiya əsridir. Dünya sürətlə dəyişir. Mədəniyyətə, kinoya, teatra baxış bucağı dəyişir. “Bu əsrdə sənət növləri zamanın çağırışlarına necə cavab verə bilər?” məsələləri müzakirə olundu. Süni intellekt dövrünün teatrı, kinosu necə olmalıdır ki, bu sənət növləri yaşasın? Teatr xadimləri ciddi mütaliələri, savadları ilə mənsub olduğu millətin tarixindən xəbərdar olmalıdırlar ki, zamanın çağırışlarına cavab versinlər. Bu gün kifayət qədər istedadlı aktyorlarımız, rejissorlarımız var. Bizim bir hədəfimiz olmalıdır: Azərbaycan mədəniyyətinə ləyaqətlə xidmət etmək. Bir daha vaxt ayırıb bizimlə görüşdüyünə görə cənab nazirə və onun komandasına təşəkkür edirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri