Icma.az
close
up
RU
Prezident Kitabxanasında tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib

Prezident Kitabxanasında tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də Prezident Kitabxanasında ziyalı və incəsənət xadimləri ilə görüş keçirilib. Görüşdə tanınmış fotojurnalist Reza Deqati, Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, professor Siyavuş Kərimi, Akademik Opera və Balet Teatrının direktor müavini, Əməkdar artist Ramil Qasımov və “Bizi birləşdirən mədəniyyət” İctimai Birliyinin sədr müavini Riad Quliyev iştirak ediblər.

Bu barədə AZƏRTAC-a kitabxanadan məlumat verilib.

Bildirilib ki, Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qonaqları kitabxananın fəaliyyəti, zəngin fondları və həyata keçirilən layihələrlə tanış edib. O, Prezident Kitabxanasının elm, mədəniyyət və incəsənət sahələrində əməkdaşlığa xüsusi önəm verdiyini, bu istiqamətdə yeni yaradıcılıq təşəbbüslərinin irəli sürülməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Görüş zamanı mədəniyyət sahəsində birgə əməkdaşlıq, yeni layihələrin reallaşdırılması imkanları müzakirə olunub. Fotojurnalistika, musiqi və sərgi fəaliyyəti sahələrində qarşılıqlı təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yaradıcı atmosferdə keçən görüş zamanı Əməkdar artist Ramil Qasımov və Xalq artisti, professor Siyavuş Kərimi Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi mahnılardan biri olan Cahangir Cahangirovun “Alagöz” (sözlər: Zeynal Cabbarzadə) əsərini, eləcə də bəstəkar Siyavuş Kəriminin yeni bəstələdiyi “Sən yanımda ol” (sözlər: Şahnaz Haşımova) mahnısını ifa ediblər.

Səmimi dialoq şəraitində keçən görüşün sonunda Prezident Kitabxanasının direktoru qonaqlara təşəkkürünü bildirərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Eyni zamanda, Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova və fotojurnalist Reza Deqati arasında Xocalı soyqırımının ildönümü ərəfəsində faciəyə həsr olunmuş, onun çəkdiyi fotolardan ibarət sərgilərin təşkilinin mümkünlüyü ilə bağlı məsələləri müzakirə ediblər.

Prezident Kitabxanası bu kimi görüşlər vasitəsilə milli mədəni irsin təbliğinə, yaradıcılıq əlaqələrinin möhkəmləndirilməsinə və mədəniyyət və elm xadimləri ilə əməkdaşlığın genişlənməsinə bundan sonra da töhfə verməyi qarşısına məqsəd qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri