Icma.az
close
up
RU
Mədəniyyət nazirinin bu çıxışından sonra ürəyim ağrıdı...

Mədəniyyət nazirinin bu çıxışından sonra ürəyim ağrıdı...

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mədəniyyət nazirinin son çıxışından fraqment gördüm. Ürəyim ağrıdı, inanırsız? Dedi ki, mədəniyyəti inkişaf etdirmək yalnız nazirliyin öhdəliyi deyil, mədəniyyət ortaq dəyərimizdir, onu hamınız qorumalısınız.

Düzgün söhbətdirmi? Bəli! Bizim neyləməli olduğumuzu Adil müəllim yaxşı bilir. Heyif ki, Azərbaycan mühitində nazirliyin öz öhdəliklərindən bixəbərdir.

Anlaşılandırmı? Bəli. Adil müəllim belə demək caizsə, incəsənətdə köhnələrdən olsaydı, mədəniyyət sahəsindəki problemlərdən baş açmaq üçün gah rejissorları, gah müğənniləri, gah da yazarları yığıb sorğu-sual etməklə özünü yormazdı. Vaxtı fövtə vermədən strateji sahə olan mədəniyyətin inkişafı üçün dövlət qarşısında tələblər irəli sürərdi. Öndə gedənlərin təcrübəsindən faydalanardı.

Məsələn, Avropanın bəzi ölkələrində spirtli içki, siqaret satışından mədəniyyətin təkamülünə müəyyən faiz ayrıldığını bilirdinizmi? Bəzi ölkələrdə isə mədəniyyətə dəstək olan iş adamlarına vergi güzəştləri tətbiq edilir. O yerlərdə nazirlik təhsilə də müdaxilə edir - məktəb şagirdləri musiqini Operada, ədəbiyyatı dram teatrında keçirlər. Sənət tədrisi ilə məşğul olan kolleclər, məktəblər əsl yaradıcılıq emalatxanası sayılır. İncəsənət Universiteti, Rəssamlıq Akademiyası kimi ali təhsil ocaqları isə nazirliklə eyni hədəfi nişan alırlar. Mədəniyyət nazirliyi oralarda turizmlə də əlbir çalışır. Beynəlxalq layihələr, sərgilərlə yerli sənətkarlarığı əzablı “ölümdən” qorumaq üçün…

Adil müəllimi bircə dəfə görmüşəm. Laçın Şəhəri Günündə. Proqramı tərtib edən nazirlik əməkdaşları “tez eləyin, bir azdan nazir gələcək”, “Bu nədir, nazir görəcək” deyə-deyə, hələ təzə-təzə nəfəs almağa başlayan Laçında bizdən o qədər şey tələb elədilər ki, axırda bezib “gözümüz aydın ki, nazir gələcək, neyləyək, olanımız budur” cavabı verdim. Həmin an nəfəslərin necə kəsildiyini, baxışların necə dəyişdiyini təsvir etməyim, bircə bunu xatırladım ki, Adil müəllim nəhayət gəlib çıxanda ətrafa boylandı, tədbir üçün çatışmayan nə varsa, gətizdirdi, axırda da öz yerini uşaqlara, xanımlara verib ayaq üstə konsertə tamaşa elədi. Sakit, kübarca. Yəni vəziyyət əməkdaşlarının təsvir etdiyi kimi deyilmiş…

Deyilmiş…

Düzü, mən nazirdən “Azərbaycanfilm”in dirçəlişi, teatrların ayağa qalxması, festival xəritəsinin formalaşması, ənənələrin qorunması üçün dövlət qarşısında konkret müddəalar qoymasını, mədəniyyətə baxış spektrinin kökündən dəyişilməsinə nail olmasını, bu xüsusda yüksək səviyyədə qaldıracağı polemikalarda son damla qanına qədər mübarizə aparacağını gözləyirdim. Ki, o salona daxil olanda, kor, kar, laqeyd məmurların canına vahimə düşsün, “özünüzü yığışdırın, Mədəniyyət naziri gəlir. Sakit, kübar görkəminə baxmayın, çox qətiyyətli, mübariz adamdır” desinlər…

Vəziyyətsə belə deyilmiş.

Deyilmiş…

Jurnalist Lalə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri