Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyində bu Xalq artisti ilə görüş keçirilib

Mədəniyyət Nazirliyində bu Xalq artisti ilə görüş keçirilib

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün tanınmış dirijor, Xalq artisti, Ü.Hacıbəylli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun 65 yaşı tamam olur.

Mədəniyyət Nazirliyindən Missiya.Az-a verilən məlumata görə, bu münasibətlə nazirlikdə sənətkarla görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə musiqi xadimini nazirliyin kollektivi və mədəniyyət ictimaiyyəti adından təbrik edib, ona xoş arzularını çatdırıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət və qayğı göstərilir. Musiqimizin inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir. Yalçın Adıgözəlov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub. Y.Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkəmizdə və xaricdə simfonik orkestrlərlə geniş konsert fəaliyyəti göstərib. Görüşdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə yubilyara nazirliyin Fəxri diplomu təqdim edilib. Y.Adıgözəlov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib. Söhbət zamanı musiqi sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Y.Adıgözəlov 30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələri hazırda respublikanın aparıcı dirijorlarıdır. Xalq artisti 2023-cü ildən Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijorudur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://missiya.az
archiveBu xəbər 04 Noyabr 2024 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri