Icma.az
close
up
RU
Mədəniyyət və təbiətin harmoniyası: İsveçin ən xoşbəxt şəhərində həyat necədir?

Mədəniyyət və təbiətin harmoniyası: İsveçin ən xoşbəxt şəhərində həyat necədir?

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Malmö və İsveçin digər bölgələrində təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Gecələr küçələrdə gəzmək tövsiyə olunmur".

Oxu.Az "Kaspi" qəzetinin əməkdaşının İsveçrədən hazırladığı reportajı təqdim edir:

İsveçə səfər etməyə hazırlaşanda eşitdiyim ilk tövsiyə bu oldu. Dedilər ki, orada silahlı qruplaşmalar var. Turistlər çantalarından ehtiyatlı olmalıdırlar...

İsveç hökuməti bu "damğa"dan xilas olmaq üçün əlindən gələn bütün işləri görür: ilboyu şəhərlərdə müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar keçirilir. Zəngin tarixə və mədəni müxtəlifliyə malik Malmö dünyanın hər yerindən turistləri cəlb edir. Bu müasir metropol 2016-cı ildə İsveçin "Ən xoşbəxt şəhəri" seçilib.

Qatar suyun altından keçib körpünün üzərinə çıxır

Kopenhagendən Malmöyə gündəlik qatarlar mərkəzi dəmir yolu stansiyasından yola düşür və səyahət 40 dəqiqə çəkir. Şimal və Baltik dənizlərini birləşdirən Oresund boğazı üzərindəki körpü Malmöya çatmaqda əsas vasitədir. Səkkiz kilometr uzunluğunda olan körpü Avropadakı ən uzun körpü sayılır. Bu il körpünün 25 illiyi qeyd edilir. Körpü ilə səyahət çox uzun olmasa da, özlüyündə bir macəradır: dənizə və hər iki şəhərə - Malmö və Kopenhagenə möhtəşəm mənzərələr təqdim edir. Qatar suyun altından keçib körpünün üzərinə çıxır. "Discovery Channel" bu keçidin yaranma tarixi haqqında "Planetin ən möhtəşəm tikililəri" seriyasından film çəkib.

Malmöyə çatanda "pasportları hazırlayın", - deyə sərnişinlərə xəbərdarlıq edilir. Şengen ərazisi olsa da, iki ölkə arasında ciddi sərhəd nəzarəti mövcuddur.

Malmö İsveçin üçüncü böyük şəhəridir, ölkənin cənubunda, Skane bölgəsində yerləşir. Liman şəhərinin tarixi 13-cü əsrdən - burada kiçik bir yaşayış məntəqəsinin yarandığı vaxtdan başlayır.

Hazırda Malmödə 600 mindən çox insan yaşayır. Əhalinin 40%-ni miqrantlar təşkil edir. Malmö Avropanın ən "immiqrant" şəhərlərindən biri hesab olunur. Şəhər əhalisinin 25 faizini müsəlmanlar təşkil edir. İmmiqrantların əksəriyyəti qonşu Danimarkanın vətəndaşlarıdır (burada qanunvericilik bir çox məsələlərdə daha sərtdir). Asiyalılar və məşhur futbolçu Zlatan İbrahimoviç kimi keçmiş Yuqoslaviya respublikalarından olan insanlar da çoxdur.

Dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biri

Əsas attraksionların əksəriyyəti mərkəzdən piyada 30 dəqiqəlik məsafədədir. Malmödə mükəmməl nəqliyyat şəbəkəsi var. Şəhər ən müasir metro şəbəkəsinə malikdir. Avtobuslar yaşıl rəngdədir. Malmö dünyanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biri hesab olunur. Həmçinin Malmö Avropanın əsas velosiped şəhərlərindən biridir, səliqəli və nizamlı velosiped yolları var.

Turistlər münasib qiymətə velosiped kirayələyib şəhərin küçələrini gəzir, tarixi ilə tanış olurlar. Burada yay isti, qış mülayimdir. Yağıntılar çox olur. Malmöyə səfər etməyin ən yaxşı vaxtı yay və payızın əvvəlidir. Amma turistlər mülayim iqlimə görə bu bölgəyə il boyu səfər edirlər. Qışda bölgə xizək sürməyi sevənləri cəlb edir. Turistləri Malmöyə cəlb etmək məqsədi daşıyan tədbirlərdən biri də 1985-ci ildən bəri keçirilən illik şəhər festivalıdır.

Orta əsr İsveçinin ruhu

Şəhərin ərazisi kiçik olduğundan turistlərə əsas görməli yerləri piyada gəzmək tövsiyə olunur. Mərkəzdəki ən qədim binanı - 1310-cu ildə tikilmiş Müqəddəs Pyotr kilsəsini ziyarət edib, şəhəri danimarkalılardan geri almağı bacaran adamın heykəlini görmək üçün "Town Hall" meydanına doğru irəliləyirəm. Şəhərdəki ən qədim aptek, kiçik mağazalar və suvenir mağazaları ilə bəzədilmiş piyada küçəsi və Malmönün simvolu - qızıl taclı Qrifinin yerləşdiyi "Qustav Adolf" meydanını gəzirəm.

Şəhərin tarixi hissəsində XVI-XIX əsrlərə aid köhnə küçələrə, həyətlərə və meydanlara baş çəkərək, orta əsr İsveçinin ruhunu hiss etməyə çalışıram.

İnnovasiya mərkəzi kimi tanınan şəhər

Malmö innovasiya mərkəzi kimi tanınır: on min sakinə düşən patent müraciətlərinə əsasən "Forbes"in dünyanın ən ixtiraçı şəhərləri siyahısında dördüncü yeri tutur. Burada həm də skandinaviyalıların aparıcı həyat elmi klasteri olan Medicon Valley, eləcə də dünyanın bir sıra digər aparıcı İT və mobil şirkətləri yerləşir.

Malmö Universitetinin binası da müasir tikilidir. Universitet 1998-ci ildə yaradılıb və hazırda 24 minə yaxın tələbəsi var. "Malmö keçən əsrdə gəmiqayırma və tekstilə əsaslanan sənaye şəhəri idi. Lakin iqtisadi böhran buranı "bilik şəhəri" kimi yenidən kəşf etməyə təkan oldu", - deyə universitetin gənc müəllimi ilə söhbətim zamanı öyrənirəm: "Malmö Universitetində innovasiyaya uyğun sahibkarlıq mühiti formalaşıb. Bunun nəticəsində şəhər müasir elm, biznes və innovasiya mərkəzinə çevrilib".

Tanış olduğum türk qadın 20 ildən artıqdır Malmödə yaşadığını dedi: "İndi burada vəziyyət əvvəllər olduğu kimi deyil, get-gedə çətinləşir. Son illər immiqrantlar çox gəlib. İsveç onlara qapılarını açdı. İndi buralara gəlmək o qədər asan olmasa da, artıq yaşayış da çətinləşib".

10 ildir altı saatlıq iş rejimi tətbiq edilir

Malmödə yeniyetmələrdən tutmuş yaşlı insanlara qədər hamı ingiliscə yaxşı danışır. Şəhərdə müəssisələr, bir çox kafe və mağazalar gündəlik altı saat işləyir.

Artıq 10 ildir ki, ölkədə rəsmi olaraq altı saatlıq iş günü tətbiq edilir. Bunun müqabilində müəssisə rəhbərləri iş saatlarında sosial şəbəkələrdən istifadədən və s. diqqət yayındıracaq fəaliyyətdən uzaq durmağı tapşırırlar.

İsveçlilər hesab edirlər ki, altı saat işləyən insanlar daha enerjili olurlar. Şəxsi həyatlarına, idmana və müxtəlif hobbilərinə daha çox vaxt ayırır, özlərini daha xoşbəxt və uğurlu hiss edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyul 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri