Icma.az
close
up
RU
Media: ABŞ Latın Amerikasında hərbi mövcudluğunu gücləndirmək niyyətindədir

Media: ABŞ Latın Amerikasında hərbi mövcudluğunu gücləndirmək niyyətindədir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

ABŞ Venesuela sahillərində narkotik kartellərinə qarşı əməliyyatlar fonunda Latın Amerikası ölkələrində hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, ABŞ Ekvadorda aviabaza qurmağı, Panamadakı qoşunlarının sayını artırmağı və ölkənin hərbi aeroportlarından daha aktiv istifadə etməyi planlaşdırır. Həmçinin Vaşinqton Puerto-Rikodakı hərbi dəniz bazasının fəaliyyətini yenidən bərpa etmək niyyətindədir.

Noyabrın 16-da keçirilən ümumxalq referendumunda ekvadorluların 60,3 faizi ölkə ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə qoyulmuş qadağanın ləğvinin əleyhinə səs verib. Ekvador Prezidenti Daniel Noboa ölkə konstitusiyasına düzəlişlərin və referendumun keçirilməsinin tərəfdarı kimi çıxış edib. Ekvadorda xarici bazaların yaradılmasını qadağan edən maddə 2008-ci ildə qəbul edilmiş konstitusiyaya daxildir.

Qeyd edək ki, sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə azı 20 qayığa zərbə endirib və nəticədə 76 nəfər həlak olub.

Vaşinqton Venesuela hakimiyyətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ciddi mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə səkkiz gəmi, bir atom sualtı qayığı və 16 mindən çox hərbçi yerləşdirib.

Venesuela Prezidenti Nikolas Maduro isə öz növbəsində ölkəsinin son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzə olduğunu bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri