Media: ABŞ qüvvələri İranın Qeşm adasına zərbə endirib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 noyabr, AZƏRTAC
ABŞ qüvvələri Hörmüz boğazında yerləşən İranın Qeşm adasına hava zərbələri endirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, adada baş verən partlayışlar barədə daha əvvəl İranın IRNA agentliyi məlumat yayıb. ABŞ rəsmiləri zərbələri müdafiə xarakterli addım kimi qiymətləndirərək məqsədin İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını məhdudlaşdırmaq olduğunu bildiriblər.
Məlumata görə, ABŞ tərəfi genişmiqyaslı hərbi əməliyyatların bərpası təəssüratı yaratmamaq üçün zərbələr barədə rəsmi açıqlama verməyib. ABŞ Mərkəzi Komandanlığı da hadisə ilə bağlı hələlik məlumat yaymayıb.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının vurulduğunu və ələ keçirildiyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 Noyabr 2026 06:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















