Media: Aİ nin yeni büdcəsində Ukraynaya 88 milyard avro yardım nəzərdə tutulur
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 16 iyul, AZƏRTAC
Avropa İttifaqının (Aİ) 2028–2034-cü illəri əhatə edəcək yeni çoxillik maliyyə planında Ukraynaya 88 milyard avro həcmində maliyyə yardımı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə əldə etdiyi sənəd layihəsinə istinadla məlumat yayıb.
Yeni büdcənin əvvəlkilərdən daha çevik olacağı və Avropa İttifaqına böhranlara daha operativ reaksiya vermək imkanı yaradacağı gözlənilir.
Eyni zamanda, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen gəlir mənbələrini artırmaq üçün yeni vergi mexanizmləri təklif edə bilər. Bu məqsədlə 50 milyonluq dövriyyəni keçən iri şirkətlərə və tütün məmulatlarına əlavə vergilərin tətbiqi nəzərdən keçirilir.
“Euractiv” portalının məlumatına görə, Avropa İttifaqının yeni yeddiillik büdcə planı ittifaq daxilində artan sosial rifah və təhlükəsizlik narahatlıqları fonunda hazırlanıb. Belə ki, aşağı əmək məhsuldarlığı, zəif daxili tələbat və enerji daşıyıcılarının qiymətləri ilə bağlı problemlər ABŞ və Çin arasında geosiyasi rəqabət, iqlim dəyişikliyi və Rusiyadan qaynaqlanan təhdid səbəbindən daha da dərinləşə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 16 İyul 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















